İqtisadçı Samir Əliyevin paylaşdığı rəsmi məlumatlara görə, Cənubi Qafqazda ipoteka kreditləşməsi sahəsində ciddi fərqlər var. 2025-ci ilin ilk yarısında Gürcüstanda ipoteka portfeli 4,6 milyard dollara çataraq 4,7% artım göstərib. Ermənistanla Azərbaycanda isə artım eyni – 4,4% olsa da, Ermənistanın portfeli 4 milyard dollar, Azərbaycanın isə 2,6 milyard dollardır.
İyun sonuna ipotekanın ümumi kredit portfelindəki payı Gürcüstanda 18,8%, Ermənistanda 21,8%, Azərbaycanda 15,6% təşkil edib.
İqtisadçı əlavə edib ki, ən ciddi fərq isə adambaşına düşən ipoteka kreditlərindədir: “Gürcüstanda bu rəqəm 1240 dollar, Ermənistanda 1289 dollar olduğu halda, Azərbaycanda cəmi 255 dollardır. Bu isə o deməkdir ki, əhalisinin sayı digər iki ölkədən təxminən üç dəfə çox olan Azərbaycanda adambaşına ipoteka kreditləri 5 dəfə azdır”.
Azərbaycan ipoteka bazarında regionun ən geridə qalan ölkəsidir