02 August 2025

İraqda Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb

İraqlı mənbələr ölkədə Ərbəin mərasiminin rahat keçməsi üçün xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü və ölkənin təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

İraq təhlükəsizlik mənbəsi cümə günü bildirib ki, İraq təhlükəsizlik qüvvələri Ərbəin mərasiminə hazırlıq çərçivəsində gələn həftənin ortalarından etibarən yüksək hazırlıq vəziyyətində olacaqlar.

Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi oldu

Sloveniya hökuməti baş nazir Robert Qolobun göstərişi ilə İsrailə silah ixracı və idxalına, eləcə də Sloveniya ərazisindən silah tranzitinə tam qadağa qoyulduğunu elan edib. Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk Aİ ölkəsi oldu.

Sloveniya hökuməti İsrailə silah ixracı və idxalını, habelə öz ərazisindən silah tranzitini qadağan edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi oldu.

Husilər Ben Qurion hava limanını raketlə vurub

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersonik ballistik raketdən istifadə edərək Təl-Əvivdəki Ben Qurion hava limanına hücum edib.

Bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.

"Raket qüvvələrimiz Fələstin-2 tipli hipersonik ballistik raketdən istifadə edərək Lod hava limanına (Ben-Qurion) hücum edərək unikal hərbi əməliyyat həyata keçirib.", - o deyib.

İsrail tərəf hadisə ilə bağlı heç bir açıqlama verməyib.

İsrail vandallığı davam edir; Qəzzada aclıqdan ölənlərin sayı 162-yə çatıb

Dünyanın gözü önündə və hər kəsə demokratiya nağılları danışan Amerikanın dəstəyi ilə İsrailin Qəzzadakı müharibə cinayətləri durmadan can almağa davam edir. Qəzza zolağında son 24 saatda aclıq və qida çatışmazlığından ikisi uşaq olmaqla 3 nəfər ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayının 162-yə çatıb.

Bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məhbus həyatı - cəhənnəm qapıları arxasında yaşananlar. 4-cü hissə

2. İkinci mərhələ azadlıq həvəsində rəislərin əli altında təsir rolunu oynayan məhbuslardır. Bu təbəqə mühüm psixoloji testləri özləri belə hiss etmədən alan insanlardır. Belə şəxslər bir neçə göstərici əsasında seçilir. Onlardan biri cəza müddətlərinin bitməsinə az zaman qalması, bəzən olduqca çətin maddi duruma malik, bəzən təbiətlərində həbsxana çətinliklərinə dözümsüzlük kimi müxtəlif səbəblər bu sırada yer almaqdadır.