Husilər Ben Qurion hava limanını raketlə vurub

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersonik ballistik raketdən istifadə edərək Təl-Əvivdəki Ben Qurion hava limanına hücum edib.

Bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.

"Raket qüvvələrimiz Fələstin-2 tipli hipersonik ballistik raketdən istifadə edərək Lod hava limanına (Ben-Qurion) hücum edərək unikal hərbi əməliyyat həyata keçirib.", - o deyib.

İsrail tərəf hadisə ilə bağlı heç bir açıqlama verməyib.