17 November 2023

Rusiya Putinin vəd etdiyi kimi bəzi Afrika ölkələrinə pulsuz taxıl göndərməyə başladı

Rusiya prezidenti Vladimir Putin yayda verdiyi açıqlamada altı Afrika ölkəsinə pulsuz taxıl paylayacaqlarına söz vermişdi.

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev ölkəsinin prezident Vladimir Putinin vəd etdiyi pulsuz taxılın müxtəlif Afrika ölkələrinə çatdırılmasına başladığını bildirib. Patruşev, "Somali və Burkina Fasoya göndərilən hər biri 25 min tonluq ilk iki gəmi Rusiya limanlarından ayrıldı. Onların noyabrın sonu və dekabrın əvvəlində gəlməsini gözləyirik" dedi.

Millimiz Latviyanı məğlub etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb.

"Unikal" xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da baş tutan oyunda Latviyadan üstün olub.

Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib.

"Əl-Şifa"nın bütün xəstələri blokadaya görə öldü

Qəzza zolağının şimalında yerləşən "Əl-Şifa" xəstəxanasının reanimasiya şöbəsində olan xəstələrin hamısı İsrail hərbçiləri tərəfindən tibb kompleksini blokadaya alması nəticəsində ölüb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə xəstəxananın direktoru Məhəmməd Əbu Silmiya "Sky News Arabia" telekanalına açıqlayıb.

Azərbaycan İrana qarşı səsvermədə iştirak etməyib

BMT Baş Assambleyası “İran İslam Respublikasında insan haqlarının vəziyyəti haqqında” qətnaməni təsdiqləyib.

Toplum TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, qətnamə sənədində İranda “qadınlara və qızlara qarşı həm onlayn, həm də oflayn rejimdə repressiyalarının artması” pislənir.

Qətnamənin təsdiqi üçün keçirilən səsvermədə Azərbaycan və Türkiyə iştirak etməyib.

80 ölkə qətnamənin lehinə, 29-u əleyhinə səs verib.  

Əl-Əqsa Tufanı döyüşü başlayandan bəri İordan Vadisində 3000-ə yaxın fələstinli həbs edilib

Fələstinə aid qurumlardan biri cümə axşamı bildirib ki, Oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatının başlamasından və Qəzza zolağının intensiv bombalanması ilə eyni vaxtda İordan çayının qərb sahilində 2790 fələstinli sionistlər tərəfindən həbs edilib.

İctimai fəal saxlanılıb

Noyabrın 17-də ictimai fəal Cəlil Zabidovun ailə üzvləri ilə birlikdə Yardımlı Polis Şöbəsinə (Bakıdan 264 kilometr cənub) aparıldığı bildirilir.

Bu barədə Amerikanın Səsinə fəalın yaxınları bildirib.

"Bu gün Yardımlı rayonunun mərkəzində Cəlili saxlayıblar və polisə aparıblar. Onun qardaşını və dərsə gedən qardaşı oğlunu da aparıblar. Aydındır ki, bu, Cəlilin sosial şəbəkələrdə məmurlara qarşı tənqidilə əlaqədardır", ailə üzvlərindən biri deyib.

İctimai xadimlər koalisiyası Qubad İbadoğlunun azad edilməsinin tələb edirlər

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunarkən bir qrup ictimai xadimlərin kollektivi tanınmış iqtisadçı- professor Qubad İbadoğlunun azad edilməsi tələbilə fleşmob təşkil edib.

İctimai xadimlər əllərində iqtisadçı- professor Qubad İbadoğlunun fotolarını tutublar. Onlar iqtisadçı professorun azadlığını tələb edirlər.

Qırğızıstan niqabı, uzun saqqalı yasaqlamaq istəyir

Əsasən müsəlmanların yaşadığı Qırğızıstanda qadınların geyimi, kişilərin saqqal uzatması müzakirə olunur.

7 milyon əhalisi olan bu keçmiş sovet respublikasının parlamenti qadınların bütün bədənlərini örtən niqab geyinməsini, kişilərin isə saqqal uzatmasını qadağan edəcək qanun layihəsini açıqlayıb. Layihənin məqsədi kimi "ictimai təhlükəsizlik" göstərilir.

Azərbaycan futbolçuları İsveçə böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində İsveç komandasına 3-0 hesabı ilə qalib gəlib. 

Toplum TV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmaın ilk 6 dəqiqəsində yerli futbolçular rəqib qapısına 2 top vurublar. 57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulsa da, Azərbaycan yığması nəinki qələbə hesabını qoruya bilib, hətta 89-cu dəqiqədə daha bir qol vurub.

Dövlət Departamenti Bakının Vaşinqton danışıqlarından imtinasına reaksiya verib

ABŞ Dövlət Departamenti Bakının Vaşinqton danışıqlarında iştirak etməmək qərarına reaksiya verib. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə noyabrın 16-da gündəlik brifinq zamanı Departamentin sözçüsü Metyu Miller açıqlama verib. 

O, Bakının qərarına baxmayaraq, Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcəyini vurğulayıb. 

“Biz inanırıq ki, sionist rejimə qarşı istənilən müharibədə qalib gələcəyik”

Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim müqavimətin işğalçıların təhdidlərindən qorxmadığını vurğulayaraq, "Müharibə olacağı təqdirdə sionist rejimi məhv etmək üçün bütün gücümüzlə mübarizə aparacağıq" deyib.

Şeyx Nəim Qasim müharibənin indi olub-olmayacağı ilə bağlı bunları deyib: “Bu məsələ İsrailin müharibəyə başlamaq niyyəti olduğu qədər Qəzzada baş verən hadisələrlə də bağlıdır. İşlərin daha böyük və mürəkkəbləşə bilməsi ehtimalı var, lakin bunun baş verəcəyini dəqiq deyə bilmərik”.