Azərbaycan İrana qarşı səsvermədə iştirak etməyib

BMT Baş Assambleyası “İran İslam Respublikasında insan haqlarının vəziyyəti haqqında” qətnaməni təsdiqləyib.

Toplum TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, qətnamə sənədində İranda “qadınlara və qızlara qarşı həm onlayn, həm də oflayn rejimdə repressiyalarının artması” pislənir.

Qətnamənin təsdiqi üçün keçirilən səsvermədə Azərbaycan və Türkiyə iştirak etməyib.

80 ölkə qətnamənin lehinə, 29-u əleyhinə səs verib.  

Ermənistan və Rusiya də qətnamənin əleyhinə səs verənlər arasında olub.