İnsanlıq düşməni İsraillə hər növ əlaqələr kəsilməlidir!

Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Hacı Tale Bağırzadə həbsxanadan bəyanat yayıb. O, Qəzzada baş verən qətliama, İsrail vəhşiliyinə toxunaraq onu qınayıb və Azərbaycan hakimiyyətinə səslənərək İsrail rejimi ilə hər növ əlaqələrini kəsməyi ondan tələb edib. Bəyanatda deyilir:

"Dünyanın gözü önündə yaşanan Qəzza qətliamı, buna seyrçi olan bütün insanlığa utancdır. Sayı minləri ötən məsum körpə ölümləri ərşin sütunlarını titrədən dəhşətli dram ikən, Azərbaycan hakimiyyətinin hələ də İsraili qaniçən bir rejim olaraq tanımaması sözün həqiqi mənasında qəbul edilməzdir. Xalqı soyqırım yaşamış, torpağı canilərin işğalında olmuş Azərbaycan kimi dövlət birmənalı olaraq Fələstinə dəstək nümayiş etdirməlidir.
İsrail insanlıq əleyhinə cinayətlər törədərək bir daha yırtıcı simasını nümayiş etdirdi. Heç bir dəyər tanımayan irtica varlıq Azərbaycan xalqının nifrət hədəfindədir.
Biz Azərbaycan hakimiyyətindən İsraillə bağlı mövqeyində qətiyyət nümayiş etdirib, qaniçən sionizm rejimi ilə hər növ əlaqələrini kəsməyini tələb edirik!"