14 May 2023

""İslami Cihad"ın bütün liderlərini məhv etdik" - Netanyahu

İsrail silahlı qüvvələrinin hərbçiləri Qəzza zolağında keçirilən "Qalxan və ox" əməliyyatı zamanı Fələstinin "İslami Cihad" radikal hərəkatının bütün rəhbər şəxslərini məhv etdiyini söyləyib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib. Baş nazirin sözlərinə görə, mayın 13-ü axşam saatlarında İsrail "İslami Cihad"a qarşı beş günlük mübarizəni uğurla başa çatdırıb: "Biz Qəzzada "İslami Cihad"ın bütün rəhbərliyini məhv etdik" deyə o iddia edib.

Daha 2 Yaxın Şərq ölkəsi 43 ildən sonra “barışır”

Tehran və Qahirənin nümayəndə heyətləri İraqda danışıqlar aparır və tezliklə diplomatik münasibətlərin bərpasına hazırlaşır.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəd Hüseyn Maliki məlumat verib.

İran və Misir arasındakı danışıqlar İraqda davam etməkdədir və iki ölkə əlaqələri yaxın zamanda bərpa ediləcək“, – deyə o qeyd edib.

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla bu gün saat 08:00-dan etibarən başlayıb.

Ölkədə 5 il fəaliyyət göstərəcək prezident və yeni parlament üzvlərini seçmək üçün seçki keçirilir. Səsvermə işləri Türkiyə vaxtı ilə 17:00-da başa çatacaq.

Azərbaycanın legioner boksçusu ikiqat dünya çempionu ola bilər

Bu gün Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı başa çatacaq.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, millimizin üzvü Alfonso Dominqes (86 kq) bu gün final görüşünə çıxacaq. O, həlledici döyüşdə Şarabutdin Atayevlə (Rusiya) qarşılaşacaq.

Qeyd edək ki, Dominqes qələbə qazanacağı təqdirdə, ikiqat dünya çempionu olacaq. O, daha əvvəl 2021-ci ildə qızıl qazanıb.

Pakistan: Bəlucistanda silahlılarla atışmada 6 əsgər və 1 mülki şəxs həlak olub

Pakistan rəsmiləri şənbə günü bildirib ki, gecə cənub-qərb Bəlucistan əyalətində “terrorçular”la silahlı atışmada altı əsgər və bir mülki şəxs, habelə altı hücumçu öldürülüb. Əlavə altı nəfərin yaralandığı deyilir. “Təmizləmə əməliyyatı zamanı bir mülki vətəndaş da daxil olmaqla torpağın yeddi oğlu şəhid olub, biri qadın olmaqla daha altı nəfər yaralanıb," - ordunun media qolu olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr idarəsi bildirib.

Sayı yüzləri ötən inanclıların həbsinə daha birisi də əlavə olundu

Mayın 11-də Xəzər rayonunda, fərdi evlərin birində təmir ustası işləyən inanclı Şahin Məlikov Xəzər rayon polis işçiləri tərəfindən işlədiyi ünvanda saxlanılıb. Məlumatı inanclıların yaxınları sosial media üzərindən paylaşım edərək yayıb. Şahin Məlikov narkotik vasitələrin satışı ilə məşğul olma ittihamı ilə şübhəli şəxs qismində saxlanılaraq Mərdəkan polis idarəsinə aparılıb.

MBH üzvlərinə qarşı reperesiya davam edir: Daha bir hərəkat üzvü də saxlanıldı

Dünən (13 may) günorta radələrində Bakıda, işlədiyi mağazadan polislər tərəfindən saxlanılan Müsəlman Birliyi Hərəkatının növbəti bir üzvü, hələ bir gün öncə saxlanılan digər hərəkat üzvü Rövşən Əliyevin saxlanılmasından 24 saatlıq bir müddət keçmədən gerçəkləşib. Məlumatı MBH mətbuat katibliyindən bildirilib. Mətbuat katibi hərəkat üzvü Namiq Əsgərovun dünən satıcı işlədiyi mağazada polislər tərəfindən saxlanıldığını bildirib. “Şəhid qardaşı olan Namiqin bu gün yüzləri ötən inanclılar kimi yeganə günahı yalnız dini baxışı, iman və Əhli-beyt (ə) sevgisidir.

Daha bir inanclıya narkotik ittihamı ilə cinayət işi açılıb

 Mayın 10-da saxlanılan Şəmkir rayon Dəllər qəsəbə sakini, inanclı fəal Edqar Mahir oğlu Osmanov narkotik ittihamı ilə məhkəmə önünə çıxarılıb. İnanclı mayın 12-i Şəmkir rayon məhkəməsinin qərarı ilə barəsində narkotik ittihamı ilə (243.4.3 - satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) həbsqəti imkan tədbiri seçilib.

Abbas Hüseyn cəza çəkdiyi 1 saylı müəsisədə karserə salınıb

Aprelin 12-də Pentesiar Xidmətin Müalicə Mərkəzindən 1 saylı cəzaçəkmə müəsisəsinə köçürülən Abbas Hüseyn indi də karserdədir. Mayın 10-dan karserə salınan ictimai fəal müəsisəyə gəldiyi zamandan karser və karantin otaqlarından kənara çıxa bilməyib. Buna da səbəb onun daxili qaydalara riayət etməkdən imtina edərək aqressiya göstərməsi deyilir. Aprelin 12-də 1 saylı müəsisəyə köçürülən A. Hüseyn hələ müalicə mərkəzindən aldığı 5 günlük karser cəzası ilə bura gətirilmişdi.