MBH üzvlərinə qarşı reperesiya davam edir: Daha bir hərəkat üzvü də saxlanıldı

Dünən (13 may) günorta radələrində Bakıda, işlədiyi mağazadan polislər tərəfindən saxlanılan Müsəlman Birliyi Hərəkatının növbəti bir üzvü, hələ bir gün öncə saxlanılan digər hərəkat üzvü Rövşən Əliyevin saxlanılmasından 24 saatlıq bir müddət keçmədən gerçəkləşib. Məlumatı MBH mətbuat katibliyindən bildirilib. Mətbuat katibi hərəkat üzvü Namiq Əsgərovun dünən satıcı işlədiyi mağazada polislər tərəfindən saxlanıldığını bildirib. “Şəhid qardaşı olan Namiqin bu gün yüzləri ötən inanclılar kimi yeganə günahı yalnız dini baxışı, iman və Əhli-beyt (ə) sevgisidir. Ona hansı ittihamı irəli sürməsindən asılı olmayaraq Aşuranın məhdudlaşdırılmasına hesablanan bu təmizlənmənin qurbanı olan yüzlərcə inanclı kimi Namiqin də "Aşura" məhbusu olaraq həbs olunduğu şübhəsizdir.” Mətbuat katibliyi saxlanılan üzvlərinin həbs haqqında səbəbi izah edərkən belə deyib və o, hakimiyyətdən qanunsuz həbsləri dayandırmağı tələb edib.

Xatırladaq ki, son günlər kütləvi həbslərin gerçəkləşdiyi ölkəmizdə saxlanan inaclıların sayının bir neçə yüzü ötdüyü bildirilir. Reallıq budur ki, həbslər davam etdiyindən bu sayın artacağı şübhəsizidr.