Daha 2 Yaxın Şərq ölkəsi 43 ildən sonra “barışır”

Tehran və Qahirənin nümayəndə heyətləri İraqda danışıqlar aparır və tezliklə diplomatik münasibətlərin bərpasına hazırlaşır.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəd Hüseyn Maliki məlumat verib.

İran və Misir arasındakı danışıqlar İraqda davam etməkdədir və iki ölkə əlaqələri yaxın zamanda bərpa ediləcək“, – deyə o qeyd edib.

Malikinin sözlərinə görə, əvvəlcə iki Yaxın Şərq dövlətin səfirlikləri açılacaq, bundan sonra isə ölkə prezidentləri “Seyid İbrahim Rəisi və Əbdül Fəttah əs-Sisinin görüşü təşkil ediləcək“.

Xatırladaq ki, İran və Misir arasındakı diplomatik münasibətlər 1980-ci ildə İrandakı İslam İnqilabının qələbəsindən sonra Misirin devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsindən sonra kəsilib. Ölkələr yalnız 2010-cu ildə münasibətlərin normallaşması kursunu götürüblər, lakin əlaqələr rəsmi şəkildə hələ də bərpa edilməyib.