""İslami Cihad"ın bütün liderlərini məhv etdik" - Netanyahu

İsrail silahlı qüvvələrinin hərbçiləri Qəzza zolağında keçirilən "Qalxan və ox" əməliyyatı zamanı Fələstinin "İslami Cihad" radikal hərəkatının bütün rəhbər şəxslərini məhv etdiyini söyləyib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib. Baş nazirin sözlərinə görə, mayın 13-ü axşam saatlarında İsrail "İslami Cihad"a qarşı beş günlük mübarizəni uğurla başa çatdırıb: "Biz Qəzzada "İslami Cihad"ın bütün rəhbərliyini məhv etdik" deyə o iddia edib.

Netanyahunun sözlərinə görə, onlarla "terrorçu", "İslami Cihad"ın 17 qərargahı, tank əleyhinə ekipajlar, raket anbarları və bir sıra obyektlər məhv edilib.