FT: G7 və Aİ Rusiya qaz və neft kəmərlərinin yenidən işə salınmasını qadağan edə bilər

Yeddilik Qrupu (G7) və Aİ ölkələri Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə Rusiya boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü “Financial Times” G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır.

Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.