Ayətullah Xamenei Tehran kitab sərgisini ziyarət edib

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün 34-cü Beynəlxalq Tehran Kitab Sərgisində olub. O, bu səfər zamanı bəzi kitabları da araşdırıb. İslam İnqilabının Rəhbəri müxtəlif köşkləri ziyarət edib, kitab satıcıları ilə söhbət edib.

Yarmarkanı 3 saata yaxın gəzən Ayətullah Xamenei, Məryəm Nəqqaşinin “Yaşıl qitə”, Məhəmməd Əli Həbibullahiyan tərəfindən yazılmış “Ulduzlar silinməz” və amerikalı gənc qızın həyatından bəhs edən Muhsin Mehdiyan tərəfindən yazılmış “Arzulanan”, Seyid Haşim Mir Lövhinin “Təhsil” və “Qalstuklu İŞİD” kitablarını alıb.

İranın ən əhatəli və köklü kitab sərgilərindən biri olan Beynəlxalq Tehran Kitab Sərgisi mayın 10-u çərşənbə günü öz qapılarını insanların üzərinə açıb. Tehranın İmam Xomeyni Müsəlla məscidində keçirilən kitab sərgisi 10 gün ərzində saat 10:00-20:00 arası ziyarətçilərin qəbul edəcək.