20 January 2023

Azərbaycan diplomatiyasının iflası

Dünən Avropa Parlamentində gedən müzakirələr çox dəhşətli bir reallığı ortaya çıxardı. Ölkəmizin xarici siyasətində XİN hər hansı rola sahib deyil və diplomatiyamız ölüb. O boyda Avropa Parlamentində bir nəfər tapılmadı ki, Laçın dəhlizi ilə bağlı keçirilən müzakirələrdə çıxıb Azərbaycanın mövqeyini müdafiə etsin. Azərbaycan etnik təmizlənmədən tutmuş, işğalçılığa, Qarabağdakı erməniləri blokadada saxlamağa qədər hər şeydə ittiham olundu. Cavab verən olmadı.

İstanbulda İŞİD və “Əl-Qaidə” üzvləri saxlanıldı

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda  İslam Dövləti və Əl-Qaidə qruplaşmasının 10 silahlısını saxlayıb.

Operativtv.com Unikala istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“İstanbul Baş Prokurorluğu araşdırma zamanı İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan və yaraqlılarla münaqişə zonalarında olan şəxsləri müəyyən edib”, - nəşr yazır.

BMT: Əfqanıstanda 28 milyondan çox insanın humanitar yardıma ehtiyacı var

 Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanda bu il ehtiyacı olan insanların sayının 28,3 milyon nəfərə yüksəldiyini açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda Humanitar Yardım Koordinasiya Ofisi hesabat yayıb.

Livanın suverenliyini müdafiə edənlər ABŞ-a qarşı ölü kimi sakitdirlər!

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı günortadan sonra Livan Araşdırma və Sənədləşdirmə Mərkəzinin yaradılmasının 30-cu ildönümü münasibətilə etdiyi çıxışında deyib: “Bu hərəkat müqavimət məsələsinə önəm verməklə yanaşı, Livanın iqtisadiyyatı ilə də maraqlanır. Bu gün Livanda əsas narahatlığımız iqtisadi, maliyyə məsələləridir. Şübhəsiz ki, bu mərkəz bu sahədə mühüm rol oynayır. Çünki o, ötən illərdə iqtisadiyyat sahəsində çoxlu görüşlər, araşdırmalar aparıb.

Gürcüstanda atışma olub, ölən və yaralananlar var

Gürcüstanın Saqareco şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.

Operativtv.com bu barədə Reporta istinadən xəbər verir.

Qeyd edilir ki, 1974-cü il təvəllüdlü kişi yaşayış binasının eyvanından atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, əvvəlcə bir neçə dəfə atəş açıb, nəticədə 4 nəfər ölüb, binanın həyətində olan daha 5 nəfər yaralanıb.

Azərbaycan 20 yanvar faciəsinin 33-cü ildönümünü qeyd edir

Operativtv.com Turana istinadən xəbər verir ki, Azərbaycanda matəm günüdür. Səhər tezdən minlərlə adam 1990-cı il yanvarın 19-20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedir.

Mərasimdə rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri də iştirak edirlər. Muxalifət liderləri və digər siyasi qurumların təmsilciləri də Şəhidlər Xiyabanını ziyarət edirlər.

Səudiyyə Ərəbistanı: İsraillə əlaqələri normallaşdırmağın şərti Fələstindir

“Ər-Riyadla Təl-Əviv arasında diplomatik əlaqələr qurulmazdan əvvəl Fələstin dövləti yaradılmalıdır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İsveçrədə Davos İqtisadi Forumu çərçivəsində Bloomberg agentliyinə müsahibəsində bildirib.