Tehran Beynəlxalq Konqres Mərkəzində “Beynəlxalq Fəal Qadınlar Konqresi” işə başlayıb

  Tehran Konqres Mərkəzində müxtəlif ölkələrdən 70 qadının iştirakı ilə 1-ci Beynəlxalq Fəal Qadınlar Konqresi işə başlayıb.

Operativtv.com İRNA-ya istinadən xəbər verir ki, Fəal Qadınların 1-ci Beynəlxalq Konqresi müxtəlif ölkələrdən 70 qadının iştirakı ilə Tehran Konqres Mərkəzində işə başlayıb. Çin, Avstraliya, Şri-Lanka, Tailand, Pakistan, Kamerun, Serbiya, Ermənistan, İsveç, Cənubi Afrika, Bolqarıstan, Suriya, Livan və Rusiyadan 300-ə yaxın fəal qadın və yüksək vəzifəli rəsmilərin iştirakı ilə bu səhər Beynəlxalq Fəal Qadınlar Konqresi işə başlayıb. Görüşün axşam saatlarına qədər davam edəcəyi gözlənilir. Konqres üç fərqli səviyyədə təşkil olunub. Mədəniyyət-elm xadimləri, tanınmış şəxslər, nazirlər və “birinci xanımlar”.

Proqramın sonunda cənab Əl Hadi qısa təqdimatla çıxış edəcək, daha sonra xarici qonaqlar iranlı qadınların əl işlərinin nümayiş olunduğu sərgini ziyarət edəcəklər.