Gürcüstanda atışma olub, ölən və yaralananlar var

Gürcüstanın Saqareco şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.

Operativtv.com bu barədə Reporta istinadən xəbər verir.

Qeyd edilir ki, 1974-cü il təvəllüdlü kişi yaşayış binasının eyvanından atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, əvvəlcə bir neçə dəfə atəş açıb, nəticədə 4 nəfər ölüb, binanın həyətində olan daha 5 nəfər yaralanıb.

Bundan əlavə, qeyd edilir ki, silahlı şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da atəş açıb, nəticədə onlardan biri ölüb.

Məlumata görə, o, sonda özünü öldürüb.

Faktla bağlı təhqiqat aparılır.