Moskva və İslamabad Rusiya neftinin Pakistana tədarükü ilə bağlı razılığa gəliblər

Moskva və İslamabad Pakistana neft və neft məhsullarının tədarükü ilə bağlı razılaşma əldə ediblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiya energetika nazirinin müavini Sergey Moçalenkov açıqlama verib.

"Neft və onun məhsullarının Pakistana tədarükü ilə bağlı qarşılıqlı razılaşmalar əldə olunub", deyə Moçalenkov bu gün, cümə iki ölkənin hökumətlərarası komissiyanın iclasında əlavə edib.

Moçalenkov həmçinin qeyd edib ki, tərəflərin görüşləri zamanı “Pakistan axını”i ilə bağlı bütün məsələlər və onlara “cavab” müzakirə olunub.

Qeyd edək ki, Rusiyanın energetika naziri Nikolay Şulqinov cümə axşamı bildirib ki, Rusiya və Pakistan “Pakistan axını” qaz kəmərinin tikintisi üçün lazımi sənədləri imzalamağa hazırdır.