09 January 2023

Əsgər özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun yanvarın 9-da odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Operativtv.com bu barədə Unikala Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilib, zəruri hərəkətlər icra olunub.

Səlim Müslümovun məhkəməsi: 27 milyon manat ziyan vurulub, 20 milyon manat ödəyib

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Operativtv.com Reporta istinadən xəbər verir ki bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iş üzrə hər hansı bir vəsatətlərinin olmadığını bildiriblər.

Məhkəmədə bildirilib ki, istintaqda ümumilikdə 27 milyon mənimsəmə və israfetmə faktı qeydə alınıb.

Saakaşvilinin azadlığa buraxılması ilə bağlı yeni dinləmə yanvarın 11-nə təyin edilib

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatətə baxan Tbilisi şəhər məhkəməsinin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "İnterpressnews" agentliyi məlumat yayıb.

Daha 7 fəal aclıq aksiyasına qoşulub

Yanvarın 9-da daha yeddi fəal Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq edən üzvü Tofiq Yaqubluya dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında aclığa başlayıb. Bu barədə Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir. Bununla da Tofiq Yaqublu da daxil olmaqla hazırda 12 ictimai-siyasi fəal aclıq edir. Bu gün həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də yenidən aclığa başladığını elan edib.

Somalidə hərbi əməliyyat çərçivəsində əl-Şəbab qruplaşmasının 61 silahlısı zərərsizləşdirilib

Somalinin “Orta Şabel” bölgəsində “əl-Şəbab əl-Mucahidin” qruplaşmasına qarşı həyata keçirilən hərbi əməliyyatda 61 silahlı zərərsizləşdirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Somalinin hökumət mənbələri məlumat veriblər.

Roma Papası: "Ukraynadakı müharibə Allaha və insanlığa qarşı cinayətdir”

“Ukraynada müharibə Allaha və insanlığa qarşı cinayətdir”.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk Vatikanda akkreditə olunmuş diplomatlara “Dünyanın vəziyyəti” adlı illik müraciətində bildirib.

O vurğulayıb ki, dinc əhalinin fərq qoyulmadan öldürüldüyü müharibələr, o cümlədən Rusiyanın Ukraynada apardığı savaş Allaha və insanlığa qarşı cinayətdir.

Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 9-da ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb. O bu barədə Bakı Apellyasiya Məhkəməsi onun ev dustaqlığına keçirilməsilə bağlı şikayətini təmin etmədikdən sonra bildirib. Bu barədə Turan-a hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Ayətullah Xamenei: Son iğtişaşların məqsədi ölkənin güc faktorlarını zəiflətmək idi

“Bir qism bunu göstərməyə çalışdılar ki, iğtişaşda iştirak edənlər ölkədə idarəçilik və iqtisadiyyatdakı zəif məqamların əleyhinədirlər. Halbuki, əksinə idi. Onların məqsədi ölkənin güclü faktor və cəhətlərini zəiflətmək və aradan aparmaq idi.”

BMT Əfqanıstana maliyyə yardımını dayandırdığını elan edib

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Griffiths Talibanın qadınların xarici təşkilatlarda işləməsinə qadağasına cavab olaraq bu qrupa maliyyə yardımı göndərməyə davam edə bilməyəcəklərini bildirib. Operativtv.com Shafaqnaya istinadən xəbərinə görə, Martin Griffiths BBC-yə verdiyi müsahibədə Əfqanıstana yardımların kəsildiyini açıqlayıb və bunun təxminən 28 milyon Əfqanıstan vətəndaşının imkanlarına zərər verəcəyini bildirib.

“Taxıl dəhlizi” vasitəsilə Ukraynadan daşınan taxılın miqdarı açıqlanıb

“Bu günə qədər “Taxıl dəhlizi” vasitəsilə Ukraynadan başqa ölkələrə 16,9 milyon ton taxıl daşınıb”.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi deyib.

O bildirib ki, həmin taxıl ümumilikdə 633 gəmi ilə daşınıb.

Azərbaycanda iki polis faciəli şəkildə öldü

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib. 

DİN-in mətbuat xidmətindən Unikala bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub. 

Şeyx Nəim Qasim: ABŞ-ın İrana qarşı mediası və terror təcavüzü məğlub oldu

Operativtv.com Təsnimə istinadən xəbər verir ki, Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim tvitter hesabında "Son xaos hadisələrindən sonra İrandan tam sabit vəziyyət xəbəri ilə qayıtdım. Amerika və tərəfdaşlarının siyasi, media və terror təcavüzü ilə İrana qarşı çoxlu arzuları var idi, lakin onlar məyus oldular. İranda həyat normaldır. Bu ölkə inkişaf və parlaqlıq yolunda davam edir"-  yazıb.

İranın parlament sədri Türkiyədə səfərdədir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf Asiya Parlament Assambleyasının 13-cü Baş Assambleyasında iştirak etmək üçün Türkiyəyə gəlib. Türkiyəyə səfəri zamanı Qalibafı İran-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Yaqub Rızazadə, eləcə də bəzi deputatlar müşayiət edir.

İsrail Fələstin bayraqlarının qaldırılmasını qadağan edib

 İsrailin Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkə ərazisində Fələstin bayraqları ilə bağlı qadağa qərarı verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İtamar Ben-Qvir ötən gün ölkənin polis rəhbərliyinə Fələstin bayraqlarının qaldırılmasının qarşısını almaqla bağlı göstərişlər verib.

İƏT İsrail tərəfindən Əl-Əqsa məscidinə qarşı addımlarla bağlı fövqəladə iclas keçirir

İslam Əməkdaşlıq Təşkilatı İsrailin Əl-Əqsa məscidinə hücumlarını müzakirə etmək üçün bu həftə fövqəladə iclas keçirəcəyini açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı tvitter səhifəsində məlumat verib.

İranda etirazlarda 3 polisi öldürən şəxslər haqqında edam hökmü çıxarılıb

İranda İnqilab Məhkəməsi etirazlar zamanı İsfahan şəhərində 3 təhlükəsizlik əməkdaşının ölümünə səbəb olan şəxslər haqqında hökm çıxarıb.

Operativtv.com APA-nın Tehran bürosuna istinadən məlumatına görə, ötən ilin noyabr ayında bir qrup şəxs odlu silahla Xane-İsfahan bölgəsində insanlara hücum edərək 3 polisi öldürüb və çox sayda insan yaralayan 6 nəfər haqqımda hökm elan edilib.