Somalidə hərbi əməliyyat çərçivəsində əl-Şəbab qruplaşmasının 61 silahlısı zərərsizləşdirilib

Somalinin “Orta Şabel” bölgəsində “əl-Şəbab əl-Mucahidin” qruplaşmasına qarşı həyata keçirilən hərbi əməliyyatda 61 silahlı zərərsizləşdirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Somalinin hökumət mənbələri məlumat veriblər.

Bildirilib ki, ölkənin cənubunda yerləşən “Orta Şabel” bölgəsində əl-Şəbab qruplaşmasına endirilən hava zərbələrində 61 yaraqlı məhv edilib.

“Somali kəşfiyyatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, Orta Şabel bölgəsindəki Havalli şəhərinin ətrafında kənd təsərrüfatı ərazisini hədəf alan hava hücumu həyata keçirib. Burada onlarla yaraqlı ölüb”, deyə bəyanatda əlavə edilib.

Bəyanatda beynəlxalq tərəfdaşların hansı dövlət olduğu bildirilməyib. Bundan öncə Somali ordusu ilə ABŞ-ın Afrikadakı Mərkəzi Komandanlığı (USAFRICOM) arasında birgə hərbi əməliyyatlar barədə xəbərlər verilib.