Ayətullah Xamenei: Son iğtişaşların məqsədi ölkənin güc faktorlarını zəiflətmək idi

“Bir qism bunu göstərməyə çalışdılar ki, iğtişaşda iştirak edənlər ölkədə idarəçilik və iqtisadiyyatdakı zəif məqamların əleyhinədirlər. Halbuki, əksinə idi. Onların məqsədi ölkənin güclü faktor və cəhətlərini zəiflətmək və aradan aparmaq idi.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei Qum əyalətinin ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Ayətullah Xamenei burada çıxışında son dövrdə İranda baş vermiş etiraz və iğtişaşlardan söz açıb və vurğulayıb ki, iğtişaşları həyata keçirənlər ölkənin güclü cəhətlərini zəiflətmək və məhv etmək istəyiblər.

“Xarici düşmənin əli bu hadisələrdə açıq-aşkar görünürdü. Xarici düşmənin müdaxiləsini deyəndə, bir qism dərhal onu inkar edir, və “sizin günahınızdır deyillər”. Bu doğru deyil. Son hadisələrdə amerikalı və avropalıların rolü açıq-aydın idi. Bu işdə onların ən əhəmiyyətli vasitəsi propaqanda olub. Onlar sosial şəbəkələr, Qərb, Ərəb və Yəhudi mətbuatı ilə bu vəsvəsəni həyata keçirirdilər”, deyə Ayətullah Xamenei əlavə edib.