Dünyada ilin məşqçisi açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu ada Argentina millisinin çalışdırıcısı Lionel Skaloni layiq görülüb.

45 yaşlı mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal) tutub. İlk “3-lüy”ü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb. Bununla tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk “üçlüy”ə düşə bilib.

Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb.

Yer

Baş məşqçi

Komanda

Xal

1

Lionel Skaloni

Argentina

240

2

Didye Deşam

Fransa

45

3

Valid Reqraqi

Mərakeş

30

4

Zlatko Daliç

Xorvatiya

20

5

Hajime Moriyasu

Yaponiya

15

6

Lui Van Qal

Niderland

10

 

Qreqq Berhalter

ABŞ

10

8

Herve Renar

Səudiyyə Ərəbistanı

5

 

Tite

Braziliya

5

 

Paulu Bentu

Cənubi Koreya

5