İslam Dünyasının ordularının reytinqi

“Global Firepower” (GFP) ekspertləri 2023-cü ildə dünya ordularının 145 dövləti əhatə edən reytinqini tərtib ediblər.

Reytinqdə birinci yeri ABŞ, ikinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub.

İslam Dünyasının ordularının reytinqi

Operativtv.com Az.shafaqnaya istinadən xəbər verir ki, bu tərtib olunan reyitinqə əsasən müsəlman ölkələr arasında Pakistan 7-ci, Türkiyə 11-ci , İndoneziya 13-cü, Misir 14-cü, İran 17-ci, Səudiyyə Ərəbistanı 22-ci, Əlcəzair 26-cı, Banqladeş 40-cı, Malayziya 42-ci, İraq 45-ci, BƏƏ 56-cı, Azərbaycan 57-ci, Mərakeş 61-ci, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Suriya 64-cü, Qətər 65-ci, Tunis 73-cü, Yəmən 74-cü, Sudan 75-ci, Oman 76-cı, Küveyt 78-ci, Bəhreyn 79-cu, Liviya 80-ci, İordaniya 81-ci, Türkmənistan 82-ci, Qırğızıstan 107-ci, Əfqanıstan 114-cü,  Ş.Sudan 116-cı, Tacikistan 120-ci, Mavritaniya 132-ci, Kosovo 134-cü yerdədir.

Maraqlı olduğu üçün bildirək ki, reytinqə görə qonşu Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir.

Qeyd edək ki, siyahıda yer alan ölkələrin silahlı qüvvələrinin sayı,  onların təchizatı və hazırlığı, müdafiə və digər sənaye sahələrinin potensialı, habelə dövlətlərin maliyyə imkanları, faydalı qazıntı ehtiyatları, ölkənin ərazisi, sərhədlərinin uzunluğu, həmsərhəd olduğu dövlətlərin sayı, nəqliyyat əlaqəsi və digər meyarlar nəzərə alınaraq reytinq tərtib olunub.

Onu da qeyd edək ki, Postsovet ölkələri arasında Azərbaycan ordusu 3-cü, Gürcüstan 8-ci yerdədir.