QMİ 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb

Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistan Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.

Operativtv.com APA-ya istinadən verilən xəbərə görə, iki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini cənab Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.