Bəhreyndə Şeyx ən-Nimrin xatirəsi üçün nümayişlər təşkil edilib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, bəhreynli etirazçılar Ali Səud tərəfindən şəhid edilən Səudiyyə Ərəbistanı şiələrinin lideri Şeyx Nimr Baqir ən-Nimrin xatirəsini anmaq üçün yürüş keçiriblər. Bundan əlavə, Bəhreynin “Setre” adasında və “əl-Sənabis” qəsəbəsindəki bəzi bəhreynli etirazçılar ayrı-ayrılıqda öz yürüşlərində İsrail əleyhinə şüarlar səsləndirib və rejimlə istənilən normallaşmanı pisləyiblər. Yürüş iştirakçıları Bəhreyn inqilabının ruhani lideri Ayətullah Şeyx İsa Qasimin fotoşəkillərini də daşıyiblar. Ali-Xəlifə rejiminin əsgərləri bu mərasimdə etirazçılara hücum edərək bu etirazları yatırtmağa çalışıb,  Bəhreyn xalqının irəliləməsinə mane və təhlükəsizliyi təmin etmək üçün əsas küçələri bağlayıb.

Səudiyyə Ərəbistanının ən məşhur şiə din xadimi Şeyx Nimr Baqir ən-Nimr Əl-Səud zülmü ilə mübarizənin simvoluna çevrilib və onun edam edilməsi bütün dünyada şiələrin və azadlıqsevərlərin qəzəbinə səbəb olub.