Ayətullah Xamenei: Yəmən xalqı və Ənsarullah böyük bir iş görürlər

İslam İnqilabının Rəhbəri Cümə imamları ilə görüşündə "Xalqın iştirakı olmadan İslami hədəflərə çatmaq mümkün deyil" deyib.

Yanvarın 16-sı İranın müxtəlif yerlərindən gələn cümə imamları "İmam Xomeyni Hüseyniyyəsi"ndə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

Ayətullah Xamenei görüşdə müxtəlif mövzulu məsələlərə izah verib ki, o, Yəmən və Ənsarullahın addığı rəşadətli addımları xüsusi qeyd edib. Rəcəb ayının gəlişinə işarə edən Rəhbər: “ Rəcəb ayında əməllərin ən xeyirlisi istiğfardır. Rəcəb ayı müqəddəs aydır. Bu ayda Allahın rəhməti qəlbi Rəbbini zikr edən insanların üzərinə düşür. Bu ayda insanın edə biləcəyi ən fəzilətli əməl bağışlanma diləməkdir. Həqiqətən hamımız bağışlanma üçün dua etməli və bağışlanma diləməliyik.

Allahın bağışlaması, dünya və axirətdə insanlara verdiyi ən böyük nemətdir. Hətta Allahın övliya bəndələri, hətta Allahın Peyğəmbəri belə, Allahın bağışlanmasına möhtacdır.

“Belə ki, Allah sənin ümmətinin keçmiş və indiki günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin...(Fəth/2)”

Bu forma bağışlanma ona görədir ki, heç kim Allaha itaət və ibadət haqqını yerinə yetirə bilmədiyini başa düşsün. Allaha ibadət haqqını yerinə yetirən və layiq olduğu kimi Ona qulluq edə bilən yoxdur. Nə qədər çalışsa da, bunu bacarmır. Buna görə də hər kəs bağışlanma diləməsi lazımdır.” Ardınca imam cümələrin vəzifələrinə toxunaraq buyurub:

“Xalqımız yaxşı və inanclı insanlardır. İnsanlara qarşı anlayışlı olmaq, insanlara sevgi göstərmək cümə imamının vəzifələrindəndir. Xalqımız bəzən bəzi dini qaydalara əməl etməsə də, xeyirxah və imanlı insanlardır.

Cümə imamlarının vəzifələrindən biri ehtiyacları dəyərləndirmək və həmsöhbətləri tanımaqdır.”

Söhbətini dünyada baş verən hadisələrlə yekunlaşdıran İnqilab Rəhbəri: “Yəmən xalqı və Ənsarullah hökuməti həqiqətən böyük bir iş görüblər. Yəmən xalqı və hökumətinin etdikləri Allah yolunda cihad nümunəsi idi. Ümid edirik ki, bu mübarizə və səylər qələbəyə qədər davam edəcək.

Qəsbkar rejim dünyanın müsəlman və qeyri-müsəlman xalqının gözündə həm qəddar, həm qaniçən, həm bədnam, həm məğlub, həm də parçalanmış bir rejimdir” bildirib.