Avropa İttifaqı (Aİ) oktyabrın 12-də 29 ölkəni əhatə edəcək yeni "Giriş-Çıxış Sistemi"nin mərhələli icrasına başlayıb.
Pasportlara möhür vurulmadan, səyahətçilərin məlumatlarının rəqəmsal toplanmasını nəzərdə tutan bu sistem 29 ölkənin sərhəd keçid məntəqələrində tədricən tətbiq olunacaq və 2026-cı ilin aprelin 10-a qədər tam şəkildə həyata keçiriləcək.
Bu ölkələrə Kipr və İrlandiyanı çıxmaqla, Aİ-nin 27 üzvündən 25-i, habelə Aİ-yə üzv olmayan Avropa ölkələri – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir.
"Giriş-Çıxış Sistemi"nin icrası zamanı pasport nəzarəti əməkdaşları səyahətçinin üzünün şəklini çəkəcək və barmaq izlərini skan edəcək. Bu məlumatlar rəqəmsal faylda qeyd olunacaq.
Səyahətçi növbəti dəfə səyahət etdikdə isə əməkdaşlar bu dəfə yalnız barmaq izlərini və şəkli yoxlayacaqlar ki, bu da daha az vaxt aparacaq. Nadir hallarda məlumatların yenidən toplanması və qeydiyyata alınması zəruri ola bilər.
Maraqlı odur ki, müstəqilliyin bərpasından günümüzə qədər ölkədə, sənədlərdə baş örtüyü ilə şəkil çəkdirmək icazəsi Azərbaycanda hələ də həll olunmadan qalır. Dəfələrlə geniş müzakirələrə səbəb olan və qanunla mümkün olduğu təsdiqini tapan baş örtüyü ilə şəkil çəkdirmək hakimiyyətin həllinə tələsmədiyi məsələlərdəndir.
Bu gün vəsiqələr daxil olmaqla bütün sənədlərdə qadınların şəkil çəkdirməsi üçün tələblər mütləq başın açılması ilə gerçəkləşir. Hansı ki, Avropa nəinki baş örtüyü, hətta sənədlərə möhür vurulmadan, təmassız sərhədin keçilməsi kimi insanların səfər rahatlıqlarını təmin etməkdə irəliləyir.
Avropa İttifaqı biometrik nəzarəti həyata keçirərkən Azərbaycan hələ sənədlərdə baş örtüyünün tətbiqini həyata keçirə bilmir