"Taxıl sazişi"nin müddəti daha 4 ay uzadılıb

"Taxıl sazişi"nin müddəti 4 ay uzadılıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov bildirib.

Onun sözlərinə görə, "Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılıb.

"BMT Baş katibi Antonio Quterreşə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, müdafiə naziri Hulusi Akara və digər tərəfdaşlarımıza razılaşmaya sadiq olduqları üçün minnətdaram. Bizim birgə səylərimiz nəticəsində dünya bazarlarına 25 milyon ton Ukrayna taxılı çıxarılıb", - ukraynalı nazir bildirib.