Ramazan bayramı günləri başlayıb

Dünyanın müxtəlif ölkələrində Ramazan bayramı qeyd olnur. Bəzi ölkələr ayın görünməməsi səbəbindən bu gün Razaman ayının 30-cu gününü qeyd edərək orucdurlar. Ay görünən ölkələr isə Ramazan bayramını qeyd edir.

İslam dininə görə Ramazan bayramı bir neçə şərtə əsasən qeyd olunur. Onlardan biri Ramazanın başlanmasından 30 gün keçmək, digəri isə təzə ayın hilalının görünməsidir.

Azərbaycanda bayram günləri 21 və 22 aprel tarixlərində iki gün qeyd edilir. Ölkədə bu iki gün qeyri iş günüdür.