Gürcüstanın Qardabani şəhərində müqəddəs Qədir Xum bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Bayram mərasimi “Əl-Hikmə” Mərkəzində təşkil olunub və möminlərin böyük marağına səbəb olub.
Tədbirdə çıxış edən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Qədir Xum bayramının tarixi əhəmiyyətindən danışaraq, bu əlamətdar günün İslam dünyasında oynadığı rolu iştirakçıların diqqətinə çatdırıb.
Mərasimdə xüsusi qonaq qismində iştirak edən azərbaycanlı ilahiyyatçı Hacı Ramil Bədəlov da geniş məruzə ilə çıxış edib. O, Qədir Xum hadisəsinin dini və tarixi aspektlərini izah edib, İmam Əlinin (ə) vilayətinin elan olunmasının bəşəriyyət üçün mühüm dönüş nöqtəsi olduğunu qeyd edib.
Digər ilahiyyatçılar və din xadimləri də öz çıxışlarında Qədir Xumun mənəvi dəyərlərindən, birlik və bərabərlik mesajlarından söz açıblar. Mərasim iştirakçıların duaları və dini ilahilərlə davam edib.
Qardabanidə Qədir Xum bayramı keçirilib