Venesuela prezidenti Nikolas Maduronun həyatına qəsd etmək istəyənlər sənaye işləri üçün nəzərdə tutulmuş drondan istifadə etdilər.
Xarici mediaya istinadən xəbər verilir ki, bbu haqda daxili işlər, ədliyyə və sülh naziri Nestor Reverol bildirib.
Onun sözlərinə görə, cinayətkarlar nisbətən böyük yük qaldıra bilən iki pilotsuz təyyarənin hər birində bir kiloqrama qədər partlayıcı maddə yerləşdiriblər. S-4 tipli bombalar 50 metr məsafədən hədəfi vura bilir.
“Dronları hörmətli prezident qvardiyasının xüsusi texnikasının sayəsində sıradan çıxarmaq mümkün oldu”, - nazir deyib.
Nazir dəqiqləşdirib ki, artıq altı şübhəli saxlanılıb, təşkilatçılar və icraçılar məlum olub.
Qeyd edək ki, bu gün Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub. Hadisə hərbi parad zamanı partlayış baş verib.
Prezident hücumda Venesuela və Kolumbiyanın sağ güclərini ittiham edib, sui-qəsdin təşkilatçılarından bir çoxunun isə ABŞ-da, Florida ştatında yaşadığını bildirib.
Kolumbiyanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək hadisədə Boqotanın iştirakını inkar edib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton sui-qəsddə ABŞ hökumətinin heç bir iştirakının olmadığını deyib.
Venesuelanın rabitə və informasiyalar naziri Rodriges Xorxe bildirib ki, Nikolas Maduroya qarşı sui-qəsd yarım ildir hazırlanırdı.
“Prezident Maduronun təhlükəsizlik xidməti tərəfindən sürətli reaksiyası yalnız onun təxliyyəsini təmin etmədi, həm də cinayət başında bir neçə icraçını sürətli şəkildə tutmağa imkan verdi. İndi onlar bu əməliyyatın bütün detallarını danışırlar. Sui-qəsd ən azı altı ay hazırlanırdı”, - Rodriqes deyib.
Prezidentə qarşı sui-qəsdin təfərrüatları məlum oldu

Oxşar xəbərlər