Ənsarullah: İsrail ağır əməliyyatlara hazır olsun

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Hizam Əsəd İsrail gəmilərinə qarşı mühasirə və dəniz əməliyyatlarının Qəzzanın blokadası qırılana qədər davam edəcəyi və bu əməliyyatların ağrılı ölçülərə çatacağı barədə xəbərdarlıq edib.

Yəmən Silahlı Qüvvələrinin sionist gəmilərinə qarşı əməliyyatlarını bərpa etməsindən və Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husinin Qəzzanın blokadasını yarması və İsrailin böyük gəmilərinin dənizdən keçməsinə qadağa qoyulması üçün 4 günlük müddətin bitməsindən sonra İsrailə verdiyi bəyanatdan sonra deyib: “Qəzza zolağının blokadasını davam etdirdiyi təqdirdə Yəmən ordusunun Qırmızı dənizdə İsrail gəmilərinə qarşı əməliyyatları ağrılı ölçülərə çatacaq”.

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Hizam Əsəd X sosial media platformasındakı paylaşımında bunları vurğulayıb: “İsrail gəmilərinin Qırmızı dəniz, Bab əl-Məndəb boğazı, Ədən körfəzi və Ərəb dənizində tətbiq etdiyi blokada Qəzzada olan qardaşlarımıza yardım və ilkin ehtiyaclar çatana qədər davam edəcək.

Əgər sionist düşmən Qəzzə zolağının blokadasını davam etdirsə, Yəməndəki hərbi əməliyyatlar düşmən üçün ağrılı və sarsıdıcı ölçülərə çatacaq”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri dünən axşam saatlarında belə bir bəyanatla çıxış edib: “Seyid Əbdülməlik əl-Husinin Qəzzə keçidlərini tamamilə yenidən açmaq üçün sionist rejimə təzyiq etmək üçün vasitəçilərə verdiyi dörd günlük müddət başa çatıb və o andan etibarən sionist rejim gəmilərinin Yəmən dənizi ətrafından keçidinə qoyulan qadağa yenidən bərpa olunacaq.

Yəmən Silahlı Qüvvələri Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqını dəstəkləyir və Allahın köməyi ilə cəsur Fələstin müqavimətinin yanında olacaqlarını vurğulayır”.

Bu bəyanatdan az əvvəl Yəmənin müdafiə naziri general-mayor Məhəmməd Nasir əl-Atifi də Yəmən silahlı qüvvələrinin yüksək hazırlıq səviyyəsində olduğunu və onlara verilən vəzifələri yerinə yetirəcəyini açıqlayıb.

Nasir əl-Atifi deyib: “Silahlı qüvvələr Qəzza xalqına və Fələstin mücahidlərinə dəstək olmaq üçün baş komandan olaraq Seyid Əbdülməlik əl-Hutinin əmrlərini güclü və təsirli şəkildə yerinə yetirməyə hazırdır”.

Səna hökuməti də bəyanat yayaraq, Seyid Əbdülməlik əl-Husinin İsrailə qarşı əməliyyatları bərpa etmək əmrini dəstəklədiyini açıqlayıb.