Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinlərinin saxlanıldığı bildirilir

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinlərinin saxlanıldığı bildirilir.
Bu barədə Toplum TV xəbər yayıb.
Xəbərdə bildirilir ki, Şəkiliyev və müavinləri Dövlət Təhlükəsizlik Xidmətinin reydi nəticəsində saxlanılıb.
Əlavə məlumat hələ ki açıqlanmır.
65 yaşlı Şəkiliyev 2010-cu ildən bu vəzifədədir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlanıb və bir ilə yaxın müddətdə Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Şəmkir rayonlarının icra başçıları həbs olunub.