Ayətullah Xamenei xalqa müraciət edib

İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei yeni müraciətlə çıxış edib.

 Ayətullah Xamenei bəyan edib ki, İslam Respulikası xalqı bir zamanla Səddam Hüseynin ona qarşı başladığı müharibə dövründə olduğu kimi indi də ona qarşı başladılan müharibənin müqabilində mətanətli duruş göstərir, həmçinin bu xalq ona zorla qəbul etdirilməyə çalışılan “sülhün” qarşısında da eyni cür rəftar edərək möhkəm dayanacaq və əsla heç bir təzyiqə boyun əyməyəcək.

Ayətullah Xamenei “düşmən sionistlərin axmaqcasına və hiyləgərcəsinə olan aqressiyasına” İran xalqnın ləyaqətli, mərdanə və vaxtlı-vaxtında olan cavab reaksiyasını yüksək qiymətləndirib. O, bunu xalqın, onun təfəkkürünün və mənəviyyatının yetişkinliyinin əlaməti adlandırıb.

O vurğulayıb ki, İran xalqı məcburiyyət qarşısınad təslim olmur və heç kəsə boyun əymir.

İslam İnqilabının lideri ABŞ prezidenti Donald Trampın təhdid və kobud çıxışlarına münasibət bildirib ki, “İranı, onun xalqını və tarixini tanıyan və bilən ağıllı insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmaz, çünki İran xalqı məcburiyyət qarşısında təslim olmur. Amerikalılar bilməlidirlər ki, ABŞ-ın istənilən hərbi müdaxiləsi mütləq geri dönüşü olmayan itkilərə gətirib çıxaraq”, – deyə o əlavə edib.