İsrail və İran arasında müharibə hər ötən gün daha aktiv fazaya qədəm qoyur. Bu təkcə dağıntılar deyil, eyni halda çoxsaylı itkilərlə də müşahidə olunur. İsrail təyyarələr vasitəsi ilə hava hücumu həyata keçirərək İran ərazisini hədəfə alırsa, İran ondan fərqli olaraq öz ərazisindən uzaqmənzilli və barestik raketlərlə İsrailin ərazilərini intensiv bombarduman etməkdədir.
Belə bir atəş zamanı ötən gecə İranın atdığı raketlərdən biri İsrailin Beer Şeva şəhərindəki Soroka xəstəxanasına düşüb. İsrail mediası məlum hadisə ilə bağlı ölənlərin olmadığını söyləsə də xəsarət alanların varlığını təsdiq edib.
Məsələyə anti-İran rakursunda bəhanə axtaranların timsah göz yaşları sanki “insanlıq əleyhinə cinayət”in ilk tarixi fakt olaraq İran tərəfindən törədilməsinə diqqət çəkməyə çalışmaları qəribədir. Öncə bəlli hadisəyə oxşar rəqəmlərə nəzər salaq.
2024-cü ilin iyun ayına qədər olan statistik rəqəmlərdə İsrailin bombardumanı nəticəsində Qəzzada 15 xəstəxana, 32 klinika tamamilə dağıdılıb, 500-dən çox tibb işçisi öldürülüb. Onlarla təcili yardım maşınları atəşə məruz qalıb və bu gün də bütün Qəzzə tibbi zəruri dərmanların çatışmamazlıq problemini yaşayır. Bunların tək səbəbi İsraildir.
Bəlkə kiminsə ürəyindən “HƏMAS-dır” deyə bir səda keçirsə, belə olan halda ötən gecə İsrailin xəstəxanasının hədəfi üçün də Netanyahu ittiham mövzusu olmalıdır. Bundan əlavə havadan müdafiə sistemlərinin yaşayış binaları, xəstəxanalar kimi insanların kütləvi yaşadığı yerlərdə yerləşdirilməsi bu ərazilərin hədəfə alınmasını qaçılmaz edəcək bir təhlükədir.
İsrailin havadan müdafiə sistemləri isə əsasən əhalinin gur yaşadığı ərazilər, komplekslərin yaxınlığındadır. Bu isə haqlı olaraq israillilərin hədəfə alınmasına yol açacağı şübhəsizdir. Bununla razılaşmayan “əzizlər” isə elə İsrailin raketlərin vurulması videolarının yayımına diqqət etsələr deyilən həqiqəti anlamış olarlar.
Hadisənin insan hisslərinə təsir yaradaraq təqdimatı soyqırım törədənin canını mələkə çevirməyəcək. Eyni halda kimsəni dost, kimsəni düşmən simasına salmaq da onun cinayətini aradan qaldırmayacaq. Tarix hər şeyin həqiqət qiymətini verib və yenə də verəcəyi şübhəsizdir.
Xəstəxanaları raketlə vurmaq siyasətinin əsası elə ilk olaraq İsrail tərəfindən qoyulub