Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurublar

Yəmənin şimal-qərbində yerləşən Səada əyalətinin hava məkanında Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” tipli qırıcı təyyarənin vurulduğu bildirilir.

Bu barədə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib.

“Silahlı qüvvələrimiz ət-Taif aviabazasından havaya qalxan Səudiyyə Ərəbistanına məxsus “Typhoon” tipli hərbi təyyarəyə zərbə endirib. Təyyarə Səada əyalətinin hava məkanında yer-hava tipli raketlə hücuma məruz qalıb. Birbaşa zərbə qeydə alınıb və təyyarənin düşmək ehtimalı var”, –Səriə “Telegram” kanalında yazıb.

Qeyd edək ki, təyyarənin vurulması ilə bağlı məlumat hələlik qarşı tərəf məlumat yaymayıb.