İsrail İordan çayının sahilinə əlavə qüvvələr göndərir

İordan çayının qərb sahilində fələstinli ailələrin bir həftədir evlərində mühasirədə qalğı bildirilir.

Al Jazeera xəbər verir ki, hadisə Nablusun cənubunda yerləşən Qusra kəndində baş verib.

Fələstinli ailələr evlərini tərk etməyə məcbur olub.

İsrail ordusu daha əvvəl bölgədə köçkünlərin Fələstin evlərinə və torpaqlarına daxil olması ilə bağlı məlumat aldığını açıqlayıb və bu hərəkətləri güya o, qanunsuz və qəbuledilməz adlandırıb. Ordu əraziyə əlavə qüvvələrin göndəriləcəyini bildirib. Məsələ burasındadır ki, fələstinliləri də evlərindən didərgin salan elə israillilərdir və bu prosses artıq on illiklərdir ki, davam edir. Ehtimal ki, ərazilərin işğal siyasətinə uyğun olaraq İsrail bu dəfə də əvvəlcə həbçilər yerləşdirərək fələstinliləri güya qorumağa çalışacağını iddia edəcək. Ardından isə köçürülmə siyasəti həyata keçiriləcək.

Bu İsrailə məxsus işğalçılıq siyasətinin qapalı formasıdır.