ABŞ-ın İrana qarşı strategiyası nəticə vermədi!

Asif Şəfəqqətov: Vaşinqtonun Tehran üzərində təzyiq rıçaqları tükənir
_____________
Azərbaycanlı jurnalist Asif Şəfəqqətov bildirir ki, ABŞ-ın İrana qarşı hərbi, iqtisadi və diplomatik təzyiq cəhdləri gözlənilən nəticəni verməyib. Müəllifin fikrincə, Vaşinqton hazırda Tehran qarşısında təsir imkanlarını böyük ölçüdə itirib və Yaxın Şərqdə yeni risklərlə üz-üzə qalıb.
Jurnalist Asif Şəfəqqətov sosial şəbəkədə paylaşdığı təhlildə yazır ki, ABŞ əvvəlcə "Epik qəzəb" əməliyyatı çərçivəsində İrana qarşı hərbi addımlar atsa da, məqsədlərinə çata bilməyib və böyük itkilər qorxusundan əməliyyatı dayandırmağa məcbur qalıb.
Müəllif daha sonra Vaşinqtonun "İqtisadi qəzəb" adlandırılan dəniz blokadası siyasətinin də nəticəsiz qaldığını qeyd edir. Onun fikrincə, strateji neft ehtiyatlarının azalması ABŞ-ı bu siyasətdən geri çəkilməyə vadar etdi.
Şəfəqqətov əlavə edir ki, danışıqlar masasında da ABŞ istədiyi nəticəni əldə edə bilməyib. Ona görə də, Vaşinqton İranın əsas tələblərini nəzərə almadan diplomatik uğur qazana bilməyəcək.
Müəllifin qənaətinə görə, ABŞ-ın Tehranı güzəştə məcbur edəcək təsir rıçaqları artıq ciddi şəkildə zəifləyib. O, Fars Körfəzi bölgəsində mümkün hərbi gərginliyin ABŞ-a fayda deyil, əksinə, regiondakı mövqelərinə və nüfuzuna əlavə zərbə vuracağını vurğulayır.
Təhlildə həmçinin vurğulanır ki, ABŞ Hörmüz boğazını İranın nəzarətindən çıxarmaq məqsədinə də nail ola bilməyəcək.