İranda Ali Dini lider Şəhid Seyyid Əli Xamenei ilə vida mərasimi davam edir. Mərasim Tehranda başlayıb, daha sonra Qum şəhərində davam edəcək və yekunda Məşhəddə dəfn mərasimi ilə başa çatacaq. Mərasimdə çoxsaylı dövlət və hökumət nümayəndələri, parlament sədrləri və rəsmi heyətlər iştirak edir.
Mərasim elə ilk anlardan xüsusi özəlliklərlə diqqət çəkib. Bütün dünyanın izlədiyi vida tədbirində hər ölkənin rəsmi nümayəndəsinin Ali Liderlə vidalaşmaq üçün daxil olduqları salonda oxunan Quran ayələrinin fərqliliyi marağa səbəb olub. Təhlilçilər hər qonaq üçün fərqli ayənin oxunmasını bu ölkəyə verilən mesaj kimi dəyərləndirib.
Tədbirdə Azərbaycan tərəfindən iştirakçılar arasında Azərbaycan parlamentinin sədri Sahibə Qafarova başda olmaqla rəsmi nümayəndə heyəti də yer alıb. Azərbaycan nümayəndə heyəti zala daxil olduğu zaman Ali-İmran surəsinin 139-cu ayəsi səsləndirilib:
“Acizlik göstərməyin, kədərlənməyin. Əgər möminsinizsə, siz üstün gələcəksiniz".
Ayətullah Xamenei ilə vida zamanı hər nümayəndə heyəti üçün oxunan Quran ayələrinin fərqliliyi diqqət çəkib