İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib

Livanın cənubunda gedən döyüşlərdə İsrail ordusunun bir zabiti və bir əsgəri öldürülüb.

Bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

İsrail Livanda itkilərlə bağlı məlumatları məxfi saxlasa da, zamanla bu barədə məlumatlar mediada əks olunur.