Kərbəlada Ayətullah Fəyyazın vida mərasimi baş tutub

Ayətullah Şeyx Məhəmməd İshaq əl-Fəyyazın dəfn mərasimində iştirak etmək üçün İmam Hüseynin (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə.s.) mübarək hərəmlərinə axışan möminlərin üzlərində dərin bir kədər və hüzn hökm sürürdü. Mərasimdə iştirak edənlər mərhumun vəfatı münasibətilə böyük kədərlərini ifadə ediblər. İştirakçılar Şeyx əl-Fəyyazın həyatını dini elmlərin tədrisinə, Əhli-Beyt (ə) bilik və hikmətinin yayılmasına və cəmiyyətə xidmət etməyə həsr etdiyini bildiriblər.

Xatırladaq ki, uzun müddətdir Bağdad xəstəxanasında müalicə alan mərhum Ayətullah Üzma Şeyx Məhəmməd İshaq əl-Fəyyaz cümə axşamı səhəri vəfat edib. Ayətullah Üzma Seyid Əli əl-Hüseyn əs-Sistani başsağlığı mesajında ​​mərhumun elmi həyatına və İslam hövzələrinə verdiyi töhfələr böyük minnətdarlıq hissi ilə xatırlanıb.