İslam İnqilabının Rəhbəri Ayətullah Əli Xameneinin şəhadətindən sonra Ekspertlər Şurası (Məclis-i Xobreqan) tərəfindən yeni rəhbər seçilən Ayətullah Seyid Müctəba Xamenei İran millətinə ilk rəsmi müraciətini ünvanlayıb.
12 mart 2026 tarixində yayımlanan bəyanatda yeni rəhbər ölkənin daxili və xarici siyasəti, davam edən müharibə və intiqam planları barədə mühüm mesajlar verib.
Müracətin əsas başlıqları:
- Rəhbər seçilməsi: Seyid Müctəba Xamenei bu məsuliyyətli vəzifəyə Ekspertlər Şurasının qərarı ilə seçildiyini və bu xəbəri televiziya vasitəsilə öyrəndiyini bildirib. O, atasının (Ayətullah Əli Xameneinin) 60 illik mücaşidətindən sonra bu kürsüdə əyləşməyin böyük bir məsuliyyət olduğunu vurğulayıb.
- Ailəsinin Şəhadəti: Yeni rəhbər şəxsi itkilərini ilk dəfə açıqlayıb. O, təkcə atasının deyil, həm də həyat yoldaşının, bacısının, bacısı oğlunun və bacısının yoldaşının şəhid olduğunu bildirərək, xalqın acısını paylaşdığını qeyd edib.
- Qanlı intiqam vədi: “Şəhidlərimizin qanının intiqamından vaz keçməyəcəyik” deyən Müctəba Xamenei, hər bir vətəndaşın ölümünün ayrıca bir qisas mövzusu olduğunu və xüsusilə uşaqların qanına görə (Minab məktəbi hadisəsi) sərt cavab veriləcəyini bəyan edib.
- Hərbi Strategiya və Hormuz Boğazı: Döyüşçülərə təşəkkür edən rəhbər, Hormuz boğazının bağlanması rıçağından istifadənin davam etdirilməsini və düşmənin zəif olduğu yeni cəbhələrin açılmasının müzakirə edildiyini bildirib.
- Qonşu ölkələrə xəbərdarlıq: İranın qonşuları ilə mehriban münasibətlər istədiyini, lakin ərazilərindəki ABŞ bazalarından İrana qarşı istifadə edilməsinə dözməyəcəyini vurğulayıb. O, qonşu dövlətləri bu bazaları dərhal bağlamağa çağırıb.
- Təzminat tələbi: Müctəba Xamenei vurğulayıb ki, düşməndən vurulan zərərin təzminatı mütləq alınacaq, əks halda düşmənin əmlakı məhv ediləcək.
- Müraciətinin sonunda yeni rəhbər İran millətinin bəsirətini yüksək qiymətləndirərək bildirib: “Ölkənin rəhbərsiz qaldığı bu bir neçə gündə ölkəni idarə edən və onun iqtidarına zəmanət verən siz xalq oldunuz.”
- Seyid Müctəba Xamenei həmçinin qarşıdan gələn Qüds günü (1447-ci hicri ili) mərasimlərində xalqı düşmənə qarşı birliyə çağırıb.
Ayətullah Müctəba Xameneinin ilk müraciətindən önəmli məqamlar
İslam İnqilabının Rəhbəri Ayətullah Əli Xameneinin şəhadətindən sonra Ekspertlər Şurası (Məclis-i Xobreqan) tərəfindən yeni rəhbər seçilən Ayətullah Seyid Müctəba Xamenei İran millətinə ilk rəsmi müraciətini ünvanlayıb.
12 mart 2026 tarixində yayımlanan bəyanatda yeni rəhbər ölkənin daxili və xarici siyasəti, davam edən müharibə və intiqam planları barədə mühüm mesajlar verib.
Müracətin əsas başlıqları: