Fevralın 6‐da Oman Sultanlığının paytaxtı Maskat şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilib. İranın xarici işlər naziri Abbas Araqçi danışıqlardan sonra ehtiyatlı nikbinlik ifadə edib. Onun sözlərinə görə, başlanğıc yaxşdır və etimadsızlıq divarını aşmaq lazımdır. Qarşıdakı günlərdə növbəti görüşün planlaşdırılması da Araqçinin nikbinliyini təsdiqləyir, bu fakt göstərir ki, tərəflər dialoqu davam etdirmək niyyətindədir.
Lakin dialoqun yekununda bir anlaşma mətninin ortaya çıxması ehtimalı yüksək deyil. Çünki tərəflərin mövqeləri uzlaşmaz görünür. ABŞ‐nin İrandan əsas tələbləri aşağıdakılardır:
‐ Nüvə proqramının dayandırılması, uranın zənginləşdirilməsinin sıfırlanması, zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması və yeni nüvə obyektlərinin inşa edilməməsi;
‐ Raket proqramının məhdudlaşdırılması, mövcud raketlərin atəş mənzilinin İsrailə çatmayacaq səviyyədə aşağı salınması;
‐ Bölgədəki vəkil (proksi) güclərinə (HAMAS, “Hizbullah”, husilər) dəstəyin dayandırılması.
Bundan başqa, ABŞ həbs olunmuş nümayişçilərə qarşı ədalətli rəftar da tələb edir. İran isə yalnız nüvə proqramı ətrafında müzakirə aparmağa hazır olduğunu bildirir və bu məsələdə mümkün güzəştlərin əvəzində ABŞ‐nin sanksiyaları yumşaltmasını istəyir. Nazir Araqçi deyib ki, zənginləşdirilmiş uranın ölkədən çıxarılması mümkün deyil və zənginləşdirmə səviyyəsi İranın ehtiyaclarına uyğun müəyyənləşdirilir. O, İranın raket proqramı, mövcud raketlərin atəş məsafəsi və digər mövzularda müzakirə aparmayacaqlarını vurğulayıb. Parlamentin Milli təhlükəsizlik və xarici siyasət Komissiyasının sözçüsü İbrahim Rezai də bəyan edib ki, İran öz qırmızı xətlərindən vaz keçməyəcək.
Göründüyü kimi, razılaşma əldə olunması üçün münbit zəmin yoxdur, bunun üçün tərəflərdən biri öz mövqeyini ciddi şəkildə yumşaltmalı və geri addım atmalıdır. ABŞ‐nin şərtlərini qəbul etmək İran rejiminin həm daxili, hən də regional güc proyeksiyasını, ideoloji təməlini darmadağın etməklə onu müdafiəsiz, bir növ zirehsiz qoyar. Kapitulyasiya anlamına gələn bu şərtləri qəbul edərsə, rejim ayaqda qala bilməz.
Öz növbəsində ABŞ isə istədiyinə nail olmadan regiona cəmləşdirdiyi qüvvələrini geri çəkə bilməz, çünki bu, istər Trampın, istərsə də ABŞ dövlətinin çəkindirici gücünü və təsirini xeyli zəiflədər. Omandakı danışıqlardan dərhal sonra ABŞ‐nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi də (15 təşkilata, İran neftini daşıyan kölgə donanmaya aid 14 tankerə və 2 fiziki şəxsə qarşı) Vaşinqtonun öz mövqeyini yumşaltmaq niyyətində olmadığını göstərir. Aparılan danışıqların fonunda ABŞ bölgəyə silah‐sursat toplamağa davam edir. Hərbi əməliyyat variantı masada qalır, lakin qaçılmaz da deyil.
Tramp İran əməliyyatını qısamüddətli “xüsusi hərbi əməliyyat” formatında həyata keçirmək istəyir. Amma İranın regiondakı ABŞ hərbi bazalarına və İsrailə qarşı mümkün cavab zərbələri onu düşündürür. İranın əlində 3 minə yaxın raket olduğu güman edilir. Raketlərin bir qismi ötən ilin iyunundakı 12 günlük müharibə zamanı istifadə edilsə də, çox hissəsi hələ qalır. ABŞ və İsrail hava hücumundan müdafiə sistemləri nə qədər effektiv çalışırsa çalışsın, bu qədər raketə qarşı yüz faizlik nəticə göstərə bilməz. Digər tərəfdən, İran proksiləri də ABŞ‐yə və İsrailə əlavə başağrısı yarada bilər. Beləliklə, vəziyyətin nəzarətdən çıxması və ABŞ‐nin xərclərini artıracaq qeyri‐stabillik ocağının yaranması ehtimalı var ki, bu, Trampın heç istəmədiyi bir perspektivdir. Çünki Tramp müharibələri dayandırması ilə fəxr edir və Nobel almaq arzusundadır. Orta Şərqdə müharibə törətməsi onun qürurla ifadə etdiyi “nailiyyət”ini və mükafat şansını əlindən ala bilər. Digər tərəfdən, ABŞ‐nin müharibəyə daxil olması Konqresə bu il keçiriləcək seçki ərəfəsində respublikaçıların onsuz da az olan şansını tamamilə bitirə bilər və nəinki Nümayəndələr Palatası, hətta Senat da demokratların nəzarətinə keçər. Bu isə respublikaçılar üçün kabus ssenarisidir.
Şübhəsiz ki, İran rejimi Trampın bu “Axilles dabanı”ndan xəbərdardır, ona görə də masada sərt mövqedən çıxış edir, Körfəz sularında isə zaman‐zaman güc göstərərək idarəolunan gərginliklər yaradır.
ToplumTV
Trampın dilemması: İranı vurmalı, ya vurmamalı?..