İsrail Livanı yenidən hədəfləyib

İsrail ordusu atəşkəsə baxmayaraq tez-tez hədəf aldığı Livanın müxtəlif bölgələrinə hava hücumları təşkil edib.

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, işğalçı İsrail təyyarələri cənubi Nəbatiyyə qubernatorluğundakı Mahmudiyyə şəhərinə hücum edib.

Sosial mediada yayılan görüntülərdə Mahmudiyyədəki hədəf alınan ərazidən tüstü qalxır.

İsrail 27 noyabr 2024-cü ildə Livanla bağladığı atəşkəs müqaviləsini pozur və demək olar ki, hər gün hücumlar həyata keçirilir.

Rəsmi məlumatlara görə, İsrail müqaviləni 4500 dəfədən çox pozub və nəticədə bu hücumlarda ən azı 283 şəhid və 630 nəfər yaralanıb.

Bundan əlavə, Livana quru hücumları zamanı sərhəd boyunca şəhərlərə daxil olan sionist İsrail ordusu atəşkəs müqaviləsindəki geri çəkilmə bəndinə baxmayaraq, bölgədəki 5 yerdə işğalını davam etdirir.