Qardabani Marağa məscidinin açılışı mərasimi baş tutub

Gürcüstanda azərbaycanlıların kompakt şəkilə yaşadığı Qardabani şəhərindəki məscid təmirdən sonra fəaliyyətini bərpa edib.

Marağa məscidinin qapıları əsaslı yenidənqurma prosesindən sonra müsəlmanların istifadəsinə verilib.

Açılış mərasimində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev, şəhərin meri David Karqareteli, bir sıra digər rəsmilər, həmçinin şəhər sakinləri və başqa qonaqlar iştirak ediblər.

Xatırladaq ki, adıçəkilən məscid 1825-ci ildə inşa edilib.