Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) illik hesabatına görə, 2025-ci ilin sonunda dünyada həbsdə olan jurnalistlərin sayı beşinci ildir ki, 300 həddini keçir. Hesabatda Azərbaycan 24 jurnalistin həbsdə saxlanıldığı ölkələr sırasında göstərilir və ölkənin 2018-ci ildən bəri ilk dəfə “jurnalistləri ən çox həbs edənlər”in ilk onluğuna daxil olduğu vurğulanır.
CPJ-nin 2025-ci il dekabrın 1-nə olan hesabatında ümumilikdə 330 jurnalistin həbsdə olduğu qeyd olunur. Təşkilat bu rəqəmləri dünyada avtoritarlaşmanın güclənməsi və silahlı münaqişələrin artması ilə izah edir.
CPJ bildirir ki, 2025-ci ildə qlobal miqyasda həbsdə olan jurnalistlərin sayı 2024-cü ildəki rekord 384 göstəricisi ilə müqayisədə azalsa da, rəqəmlər “inadla yüksək” qalır və artıq on ildən çoxdur ki, həbsdə jurnalist sayı 200-dən aşağı düşməyib.
Hesabata görə, həbsdə saxlanılan jurnalistlərin üçdə birindən çoxu beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası çəkir. Təxminən yarısı isə ümumiyyətlə məhkəmə hökmü olmadan həbsdədir, onların içində 26 faizinin beş il və daha çox müddətdə hökm olmadan həbsdə qaldığı qeyd olunur. CPJ bunu ədalətli məhkəmə araşdırması və ləngitməsiz mühakimə tələblərini nəzərdə tutan beynəlxalq hüquqa zidd sayır.
Azərbaycan: “aylarla davam edən basqın” və TOP-10
CPJ-nin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 24 jurnalist həbsdə olub və bununla “jurnalistləri ən çox həbs edən” ölkələrin ilk onluğuna 2018-ci ildən bəri ilk dəfə daxil olub. Hesabatda qeyd edilir ki, Azərbaycan əvvəlki illə müqayisədə həbsdə olan jurnalistlərin sayını demək olar ki, ikiqat artırıb. Bu artım müstəqil mətbuata qarşı aylarla davam edən repressiya dalğası ilə əlaqələndirilir.
Siyahının yuxarı pillələrində Çin (50), Myanma (30) və İsrail (29) göstərilir. CPJ İsraildə xüsusən 2023-cü ilin oktyabrında İsrail–Qəzza müharibəsi başlayandan sonra fələstinli jurnalistlərin sürətlə həbs edildiyini, bəzi hallarda ittihamların açıqlanmadığını və ya jurnalistlərin ittihamsız saxlanıldığını yazır.
Təşkilat bildirir ki, 2025-ci ildə həbsdə olan jurnalistlərə hüquqi, tibbi, travma və digər sağlamlıq yönlü yardım daxil olmaqla dəstək proqramları genişlənib. CPJ-nin məlumatına əsasən, 2025-ci ildə 36 jurnalistə həbs dövrü dəstəyi göstərilib və bu yardımın böyük hissəsi Azərbaycan və Rusiyadakı jurnalistlərə aid olub. Bu, 2021-ci ildə dəstək verilən 7 həbsdəki jurnalistlə müqayisədə beş dəfədən çox artım deməkdir.
CPJ izah edir ki, həbsdə olan jurnalistlər çox vaxt elementar ehtiyaclar - qida, su və gigiyena vasitələri - baxımından çatışmazlıqla üzləşir, təşkilatın ayırdığı qrantlar bu xərcləri, eləcə də ailə üzvlərinin və ya hüquqi nümayəndələrin həbsxana ziyarətlərini qarşılamağa kömək edə bilər.
Hesabatda həmçinin deyilir ki, CPJ 2025-ci ildə 29 jurnalistə həbsdən sonrakı dəstək göstərib. Bu, əvvəlki illə müqayisədə ikiqat çoxdur. Təşkilat bunun jurnalistlərin azadlığa çıxdıqdan sonra işini və həyatını bərpa etməsinin, həmçinin tibbi, psixoloji və hüquqi dəstəyə ehtiyacının artdığını göstərdiyini bildirir.
“Anti-dövlət” ittihamları əsas alətdir
CPJ-nin hesablamasına görə, dünyada həbsdə olan jurnalistlərin 61 faizi “anti-dövlət” tipli ittihamlarla - terrorçuluq iddiaları və ya xarici hökumətdən vəsait alma kimi iddialarla saxlanılır. Təşkilat vurğulayır ki, jurnalistlərin həbsinə ən çox səbəb olan mövzu siyasətdir. Bu risk göstəricisi insan hüquqları, korrupsiya və ya müharibə mövzularından daha yüksəkdir.
CPJ-nin baş icraçı direktoru Codi Ginsberqin sözlərinə görə, jurnalistlərin təqib edilməsi onları susdurmaq vasitəsidir və bunun nəticəsində korrupsiya nəzarətsiz qalır, səlahiyyətdən sui-istifadə güclənir və cəmiyyət daha böyük risklərlə üz-üzə qalır.
Təşkilat 1992-ci ildən bəri yüzlərlə iş üzrə həbsdə pis rəftar iddialarını sənədləşdirdiyini, lakin qorxu və təzyiqlər səbəbindən qeydə alınmayan daha çox halın ola biləcəyini bildirir. 2025-ci ildə həbsdə olan jurnalistlərin profillərinin təxminən üçdə birində pis rəftar barədə məlumat yer alıb, bunların içində 20 faizdə işgəncə və ya döyülmə iddiaları var. CPJ qeyd edir ki, işgəncə və döyülmə iddialarının ən çox qeydə alındığı ölkə İran olub, ondan sonra İsrail və Misir gəlir.
Hesabatın sonunda CPJ hökumətləri qanunun aliliyinə əməl etməyə, faktları işıqlandıran və hakimiyyəti hesabatlı edən jurnalistlərin cinayətləşdirilməsinə son qoymağa çağırır. Təşkilat beynəlxalq təzyiqin səfərbər edilməsi, həmrəylik kampaniyaları, ekspert müdaxilələri və hüquqi addımlar vasitəsilə jurnalistlərin həbslərinin qarşısını almağa çalışdığını bildirir.
CPJ: “Azərbaycan 2018-ci ildən bəri ilk dəfə dünyada ən çox jurnalist həbs edən ölkələrin ilk onluğuna düşüb”