“Meydan TV işi” üzrə həbs edilən jurnalistlər “Euronews” telekanalına müraciət ünvanlayaraq Azərbaycanda müstəqil mediaya təzyiqlərin “total xarakter aldığını” bildiriblər və kanalı “siyasi sifariş əsasında aparılan məhkəmə proseslərini canlı yayımlamağa” çağırıblar.
Jurnalistlərin müraciətində qeyd olunub ki, 2022-ci ildə qəbul edilən və beynəlxalq Konvensiya və standartlara zidd, eləcə də Venesiya Komissiyasından mənfi rəy almış “Media haqqında” Qanundan sonra ölkədə müstəqil mediaya qarşı təzyiqlər genişlənib.
Onların sözlərinə görə, 2023-cü ildə “Abzas Media” əməkdaşlarının həbsi və ofisinin bağlanması ilə başlayan proses 2024-cü ildə “Toplum TV” və “Meydan TV” əməkdaşlarının həbsi ilə davam edib, adı çəkilən media orqanlarının ofisləri də qapadılıb.
Müraciətdə vurğulanıb ki, azadlıqda qalan media nümayəndələrinin bir hissəsi siyasi təzyiqlərə görə ölkəni tərk edib, ölkəni tərk edə bilməyən və ya etmək istəməyən jurnalistlərin isə Azərbaycandan çıxışına qadağalar qoyulub, bəziləri hələ də istintaq altındadır.
Jurnalistlər, həmçinin bildiriblər ki, bundan sonra hakimiyyət “Amerikanın Səsi”, BBC və “Azadlıq Radiosu”nun Bakıdakı fəaliyyətini rəsmən qadağan edib, nümayəndəliklər bağlanıb. Müraciətdə “Media reyestri”ndən qeydiyyatdan keçməsinə baxmayaraq, yeganə müstəqil xəbər agentliyi kimi təqdim olunan “Turan” Agentliyinin də fəaliyyətini dayandırdığını bəyan etdiyi xatırladılıb.
“Hazırda “Abzas Media”, “Toplum TV” və “Arqument az” kimi yerli media orqanları, yeganə müstəqil çap mediası olan “Azadlıq” qəzeti və xarici media resursları olan BBC, “Amerikanın Səsi”, “Azadlıq Radiosu” və “Meydan TV” ölkə daxilində fəaliyyət göstərə bilmirlər. Bir sözlə, ölkə daxilində heç bir müstəqil media qalmayıb, jurnalistlərin isə fəaliyyət imkanları məhdudlaşdırılıb. Dövlətin nəzarətində olan media resursları və TV-lər hakimiyyətin narrativləri ilə həbs olunmuş jurnalistlərin əleyhinə siyasi sifariş əsasında təbliğat aparırlar”, - müraciətdə deyilir.
Həbsdə olan jurnalistlər vurğulayıblar ki, hazırda Azərbaycanda fəaliyyət göstərən yeganə Qərb mediası “Euronews” kanalı və onun Bakı ofisidir. Bu səbəbdən də “Euronews”u və Bakı ofisində çalışan həmkarlarını “məhkəmə proseslərini canlı yayımlamağa” çağırıblar:
““Euronews” kanalı uzun illərdir ki, müstəqil və tərəfsiz media adına iddialıdır, həmçinin Avropa dəyərlərinə, fundamental azadlıqların təməli sayılan ifadə azadlığına sadiq olduğunu bəyan edir. Ona görə də biz, həbsdə olan jurnalistlər “Euronews” kanalını, onun Bakı ofisində çalışısan həmkarlarımızı siyasi sifariş əsasında aparılan məhkəmə proseslərimizi canlı yayımlamağa çağırırıq!”
“Euronews” telekanalı ötən ilin noyabrında Azərbaycanda fəaliyyətə başlayıb. Açılış mərasimində “Euronews”un İdarə Heyətinin sədri Pedro Varqas David media qurumunun Azərbaycana qarşı “həmişə balanslı mövqe nümayiş etdirdiyini” və bu mövqeyə görə “təzyiqlərə məruz qaldığını” söyləyib.
Azərbaycanda son iki ildə 30-a yaxın jurnalist həbs edilib. 2025-ci ilin mart və aprel aylarında Azərbaycan hökuməti “BBC Azərbaycanca”, “Reuters”, “Amerikanın səsi”, “Bloomberg” kimi beynəlxalq mediaların ya yerli ofislərini bağlayıb, ya da onlara yalnız bir nəfər üçün akkreditasiya verilməsi barədə qərar qəbul edib. “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi yerli müstəqil media orqanlarının isə ölkə daxilində fəaliyyətini davam etdirməsinə imkan verilməyib.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanlı) həbs olunub. Mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.
“Meydan TV işi” üzrə həbs edilən jurnalistlər “Euronews”u məhkəmə proseslərini canlı yayımlamağa çağırıb