Dünya Venesuelada yaşanan hadisələrin geniş müzakirəsi ilə çalxalanır. Tərəflərin fərqli mövqelərdən çıxış etməsi hadisəyə müxtəlif rakurslardan baxmağa imkan versə də, ortaq bir narahatlığın mövcud olduğu açıq-aydın hiss olunur.
Hadisə Venesuela xalqının mövcud durumunun dəyişdirilməsi iddiası, ölkənin zəngin neft ehtiyatlarının istismarçı imperialist qüvvələr tərəfindən mənimsənilməsi cəhdi, beynəlxalq məhkəmələrin deyil, güc nümayişinin “qanun” rolunu oynaması, günahsız insanların qətlə yetirilməsi və digər bu kimi çoxsaylı aspektlərdən təhlil oluna bilər. Məhz bu səbəbdən fərqli baxışlar indiyədək bənzəri az görünən bir olayı qlobal müzakirə predmetinə çevirib.
Baş verənlər uzun müddətdir şübhə altına alınan ədalət, məhkəmə və beynəlxalq hüquq anlayışlarını bir daha ən üstdən nümayiş etdirdi. Bu anlayışlar məzmunca geniş olsa da, insanlıq üçün daşıdığı əhəmiyyət danılmazdır.
Bəziləri diktator adlandırdıqları Maduronun bu şəkildə, qansız-qadasız həbs edilməsini doğru saya bilər. Lakin ilk baxışdan belə bir sual ortaya çıxır: Maduro həqiqətənmi ABŞ-nin ittiham etdiyi səbəblərə görə hədəfə alınıb? İllərdir dünyanın ən zəngin neft ehtiyatlarına sahib ölkələrindən biri olan Venesuelanın bu qədər dövlətin iştahasını qabartması təsadüfi deyil. Bu baxımdan ölkənin hədəfdə olması nə yeni, nə də gözlənilməzdir.
Ancaq bütün bunların “xalq etirazı fonunda diktatoru devirmək” adı ilə icra olunması məntiqli görünmür. Çünki bu gün onlarla ölkədə xalqlar avtoritar rejimlərə qarşı etiraz edir və ABŞ həmin ölkələrin bir çoxunda nə xalqın səsini eşidir, nə də diktatorları hədəfə alır. Əksinə, bəzi hallarda məhz həmin avtoritar rəhbərlərin maraqları qorunur.
Görünür, Beynəlxalq Ədalət Məhkəməsinin Maduro ilə bağlı mümkün qərarları da ABŞ üçün maraqlı olmadığı üçün bu proses kənara qoyulub. Əks halda, eyni məhkəmənin İsrail və onun rəhbərliyi ilə bağlı verdiyi qərarlar da müzakirə mövzusu olmalı idi. Belə olan halda Maduro kimi Netanyahu da eyni hüquqi yanaşma ilə dəmir barmaqlıqlar arxasında olmalı idi.
Deməli, ABŞ üçün nə xalqların diktator zülmü altındakı fəryadı, nə də beynəlxalq məhkəmələrin qərarları həlledicidir. Aydın olur ki, Amerikanın dünyaya təqdim etdiyi “demokratiya” anlayışı, əslində, öz qərarlarını bütün hüquqi institutlardan üstün tutmaq məntiqinə əsaslanır. Bu isə indiyədək iddia edilən və tələb olunan heç bir beynəlxalq standarta cavab vermir.
Son hadisələr göstərdi ki, dünya faktiki olaraq cəngəllik qanunlarına geri dönüb: güclüsənsə, qanun da sənsən. Dünənə qədər insan haqları və ədalətli mühakimə haqqında danışılan nağıllar Fələstin məsələsində iflasa uğramışdısa, Maduro hadisəsində isə tamamilə oyundan çıxarıldı.
Trampın bu addımı demokratiyanın qoruma altına aldığını iddia etdiyi bütün dəyərləri, xüsusilə də ədalətli mühakimə prinsipini ciddi şəkildə sual altına qoydu və yeni bir beynəlxalq sistemə ehtiyac olduğunu açıq şəkildə ortaya qoydu. Bir zamanlar sosializm, millətçilik və digər ideologiyalar kimi, demokratiya da şəxsi ambisiyaların əlində mənasını itirərək ümidsiz hala düşdü.
Bu “demokratiyanın” xalqlara nə verəcəyi isə bizə yad deyil. Vaxtilə İraq, Liviya və digər ölkələrə gətirilən “demokratiya”nın nəticələri necə oldusa, Venesuelaya vəd edilənlərin də nə bəxş edəcəyini çox keçmədən müşahidə edəcəyik.
Trampın addımı bunun sübutudur