ABŞ və Venesuela arasında siyasi böhran son günlərdə dərinləşməkdə davam edir.
ABŞ-nin Karib dənizinə 15,000 əsgər və bir sıra aviadaşıyıcı gəmilər səfərbər etdiyi bildirilir.
Pentaqon bunun Venesueladan ABŞ-yə fentanil və kokain qaçaqmalçılığının qarşısını almaq məqsədi güddüyünü deyir.
Bununla yanaşı, prezident Donald Tramp Venesuela neftini daşıyan tankerlərə sanksiya tətbiq edib və onların blokadasını əmr edib. ABŞ ordusu artıq iki tankeri ələ keçirib.
Tramp dekabrın 22-də jurnalistin sualına cavabında deyib ki, ölkəsi ələ keçirilən neft ehtiyatlarını ya saxlayacaq, ya da satacaq. O, həmçinin, bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun “ağlı olsa, ölkəsini indidən tərk edər”.
Maduro isə narkotik qaçaqmalçılığı ilə bağlı ittihamı rədd edir və deyir ki, Trampın əsl məqsədi ölkəsinin neft ehtiyatlarını ələ keçirməkdir.
300 milyard bareldən artıq neft ehtiyatına malik olduğu bildirilən Venesuela bu göstəriciyə görə dünyada lider mövqedədir.
Müqayisə üçün, ABŞ təxminən 55 milyard barel neft ehtiyatına malikdir və bu göstərici ilə dünyada doqquzuncu yerdədir. Bu o deməkdir ki, Venesuelanın ehtiyatları ABŞ-ninkindən beş dəfədən çoxdur.
Buna baxmayaraq, Venesuela gündə təxminən 1 milyon barel neft istehsal edir, bu isə qlobal xam neft istehsalının yalnız 0.8 %-ni təşkil edir.
ABŞ 2005-ci ildən Venesuelaya sanksiyalar tətbiq edir. Tramp isə birinci prezidentliyi dövründə bu ölkədən ABŞ-yə neft idxalına qadağa qoyub.
ABŞ-nin Venesuelanı işğal edəcəyi və neft ehtiyatlarını ələ keçirəcəyi təqdirdə iqtisadçılar gələn il dünyada neftin qiymətinin düşəcəyini proqnozlaşdırırlar.
Hazırda dünya bazarında neft markalarının 1 barelinin qiyməti 60 dollar civarında dəyişir. Azərbaycan neftinin 1 barelinin dekabrın 24-nə olan qiyməti isə 66.14 dollar təşkil edir.
Maliyyə Nazirliyi mətbuata bildirib ki, gələn il üçün dövlət büdcəsi hazırlanarkən Azərbaycan neftinin 1 barelinin qiyməti 65 dollar nəzərdə tutulub.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial media hesabında paylaşım edərək bildirib ki, ABŞ Venesuelanın neft ehtiyatlarını ələ keçirərsə, dünya bazarında neftin qiymət koridoru 50–55 dollar aralığında formalaşa bilər.
“Neftin gələn il ortalama qiymətinin 50 dollar olması Azərbaycan üçün ciddi problemlər yaradacaq. Bizdə onsuz da hasilat aşağı düşür, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilat normasını belə təmin edə bilmirik. Qiymətin də enməsi ölkənin onsuz da aşağı olan makroiqtisadi göstəricilərini daha da pisləşdirəcək”, - o qeyd edib.
N.Cəfərli buna görə də gələn il üçün vergi, rüsum və cərimələrin artırıldığını xatırladıb.
“Hökumət azalan gəlirləri vətəndaşa yükləməyə çalışır. Bu, yanlış yoldur, iqtisadi aktivliyi daha da azaldacaq və makroiqtisadi səviyyədə tənəzzülün qapısını açacaq”, - o əlavə edib.
Gələn ilin büdcəsində gəlirlərin 38.6 milyard manat olacağı proqnozlaşdırılır. Bununla belə, Neft Fondundan dövlət büdcəsinə transferin kəskin azalacağı gözlənilir. Belə ki, gələn il fonddan büdcəyə 12.8 milyard manat daxil olacağı nəzərdə tutulur və bu, bu ilki göstəricidən 11.3 % az olacaq.
Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi, iqtisadçı Zöhrab İsmayıl “Toplum TV”-yə deyir ki, gələn il ilk dəfə olaraq Azərbaycan büdcədə gəlirləri artıra bilməyəcək.
“Hətta neft 65 dollarda qalsa da, Azərbaycanda iqtisadi böhran özünü daha da büruzə verməyə başlayacaq. Dərin institusional böhran artıq mövcuddur. Azərbaycanın ixracatı azalır, idxal etdiyi məhsullar isə artır, bu da daha çox xarici valyuta tələb edir. İqtisadiyyatın da hərəkətverici qüvvəsi təəssüf ki, neftdir”, - o bildirib.
Z.İsmayıl düşünür ki, neftin qiymətinin daha da aşağı düşməsi 2015-ci ildə manatın iki dəfə devalyasiyaya məruz qalması və 2016-cı ilin əvvəlində müxtəlif bölgələrdə baş tutan etiraz aksiyalarının yenidən baş verməsinə gətirib çıxara bilər.
“Fərz etsək ki, qiymət sabit qalacaq, bu yenə də hökumət üçün çətinliklər yaradacaq. Çünki gəlirlərini artıra bilməyəcək və nəticədə vətəndaşları yüksək vergi və cərimələrlə yükləyəcəklər. Bu isə ciddi narazılığa səbəb olacaq”, - iqtisadçı əlavə edib.
ABŞ Venesuela neftini ələ keçirərsə, Azərbaycan iqtisadiyyatını nə gözləyir?