Aministiya aktının icrası çərçivəsində bu gün-dekabrın 23-də daha bir neçə məhbus azadlığa qovuşub. Onların sırasında Müsəlman Birliyi Hərəkatının 3 üzvü də yer alıb.
Belə ki, Quliyev Bəhruz, İsmayılov İsmayıl və Əhmədli Amal cəza çəkdikləri 17 saylı cəzaçəkmə müəssisəsindən bu səhər azadlığa çıxıblar.
Xatırladaq ki, Quliyev Bəhruz Qulu oğlu 2023-cü ilin 15 martda saxlanılmış və barəsində saxta narkotik ittihamı irəli sürülmüşdü. Sifarişli məhkəmə inanclını bu ittihamla 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.
İsmayılov İsmayıl Nizami oğlu da inanclıların kütləvi həbsləri çərçivəsində 2023-cü ilin 10 mart tarixində saxlanılmışdı. Məhkəmə onu 2024-cü ilin 9 yanvarında saxta ittihamla 3 il müddətinə azadlıqdan məhrum etmişdi.
Günahsız şərlənən Əhmədli Amal 2023-cü ilin 9 martında saxlanılmışdı. Məhkəmə 2024-cü ilin 23 aprel tarixində Amal barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarmışdı.
Bu gün hər 3 inanclı bu səhər azadlığa çıxıb.
MBH-nin 3 üzvü azadlığa qovuşub