Amnistiyaya düşən məhkumların bir qrupu azad olunsa da, əksər siyasi məhbuslar həbsdə qaldı

Amnistiyaya düşən məhkumlardan bir qrupu azadlığa buraxılıb.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərlərinin cəzadan, yaxud cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Amnistiya aktı ötən gündən (22 dekabr) icrasına başlanılsa da buraxılan şəxslər arasında siyasi məhbus adları demək olar ki, yoxdur. Avropa Parlamentinin siyasi məhbusların azadlığı ilə bağlı təkidinə baxmayaraq Azərbaycan hakimiyyəti növbəti dəfə siyasi, əqidəvi və fikir azadlığı nümayiş etdirən şəxsləri həbsdə saxlamağa qərar verdi.

Son illər inanclıların həbsləri sayları yüzlərcə olan (bəzi rəqəmlərə görə min nəfərə yaxındır) şəxsi narkotik ittihamı ilə məhkum edib. Əksər inanclılara şamil edilən saxta narkotiklərlə bağlı maddə aministiya aktında qeyd edilən “ictimai təhlükə törətməyən və az ağır cinayətlər” sırasına daxil edilsə də hakimiyyət onları “cəzalandırmaqda” israrlıdır.

Baxmayaraq ki, onların bir çoxunun azadlığa çıxma tarixi bir neçə ay daxilində və balanslarında azyaşlı, körpələrin olmasına baxmayaraq aktın onlara şamil olması bloklanıb.