Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Nicat Əliyev dekabrın 1-də həbs müddətini başa vuraraq azadlığa çıxıb. O, cəzasını çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən səhər saatlarında buraxılıb.
Qeyd edək ki, Əliyev Nicat Əlniyaz oğlu 2022-ci il 1 dekabr tarixində, Azərbaycanda inanclıların repressiyaya məruz qaldığı dövrdə saxlanılmışdı. Onun barəsində saxta narkotik ittihamı ilə başlanan istintaq və məhkəmə prosesi 2023-cü il 22 sentyabrda yekunlaşmış və N. Əliyev bu ittiham üzrə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sonradan cəza ilə bağlı verilən şikayətlərə baxan Apellyasiya və Ali Məhkəmə instansiyaları hökmü hər dəfə 1 il azaldaraq cəza müddətini 3 ilə endirmişdi.
Nicat Əliyev azadlığa çıxıb